“Vulqar ifadələr var” - - MTRŞ-dan “Maşın şou" açıqlaması

“Vulqar ifadələr var” -
“Maşın” realiti şousu efirə yayımlanan ilk gündən qalmaqalları, müzakirələri ilə gündəmi zəbt edib.

XİA.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iştirakçıların proqramda qeyri-etik ifadələrdən, təhqirlərdən istifadə etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən tez müzakirələrə səbəb olub.

Onlar tanınmışların vulqar danışmasını, əsəblərini cilovlaya bilmədiklərini xüsusi qeyd edərək ulduzları tənqid atəşinə tutublar.

Buna Səidə Sultan-Pərvin Abıyeva, Təranə Qumral, Sərxan Kərəmoğlu, Kənan Mahmudov- Nadir Qafarzadə qalmaqallarını misal çəkə bilərik.

MTRŞ-nin Monitorinq şöbəsinin rəhbəri Təvəkkül Dadaşov səs-küylü proqramdakı qalmaqallara münasibət bildirib:

“Bütün verilişlər tərəfimizdən monitorinq nəzarətindədir. O cümlədən “Maşın” şou... Bu şou artıq 10 ildən çoxdur ki, Azərbaycanın efir məkanındadır. Müxtəlif TV-lərin efirində yayımlanıb. Hər dəfə də müəyyən müzakirələr olub. Bu dəfə isə şou ətrafında xüsusilə müzakirələr aparılır. Bu isə əsasən sosial şəbəkələrin geniş yayılması ilə əlaqədardır. Tamaşaçılar şou ilə bağlı təəssüratlarını sosial şəbəkələr vasitəsilə çatdırırlar. Bu isə medianın da diqqətini çəkir. Bütün bunlar normaldır. Qeyd edim ki, realiti şou olduğu üçün burada baş verənlər dinamikliyi, canlılığı ilə diqqət cəlb eləyir. İştirakçılar arasında müəyyən gərginliklər olur. Bu isə realiti şounun xarakterindən irəli gəlir. Hələ ki, şou ilə bağlı ciddi problem yoxdur.

Realiti şoular bu gün dünya TV-lərin proqram setkalarında mühüm yer tutur. Lakin bununla yanaşı, hər bir verilişdə, şouda qanunvericiliyin tələblərinə, milli-mənəvi dəyərlərə riayət olunmalıdır. Maşın şou-da bir neçə dəfə iştirakçılar arasında müəyyən xoşagəlməz halların yaşandığı hiss olunsa da, efirdə qeyri -etik ifadələrin səslənməsi halına rast gəlinməyib. Bizim üçün, tamaşaçı üçün əsas odur ki, efirdə qeyri-etik ifadələr, səhnələr olmasın.

Dünənki buraxılışa gəldikdə, deyim ki, müəyyən vulqar ifadələr var idi, lakin həmin ifadələrin saat 23.00-dan sonraya təsadüf etdiyini nəzərə alsaq, bunu qanun pozuntusu olaraq qeydə almadıq. “Maşın” şounu, digər verilişlər kimi, qanunvericiliyin tələbləri prizmasından izləyirik, inanırıq ki, şou bitənədək ciddi qanun pozuntusuna yol verilməyəcək”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT