Mənsum İbrahimov Aygün-Röya QALMAQALINDAN DANIŞDI - "Bütün Azərbaycan bilir ki, Röyanı dəstəkləyirəm"

Mənsum İbrahimov Aygün-Röya QALMAQALINDAN DANIŞDI
Xalq artisti Mənsum İbrahimov əməkdar artistlər Röya Ayxan və Aygün Bəylər arasında yaşanan qalmaqala münasibət bildirib.
Sənətkar "Ölkə.Az"a açıqlamasında hər iki sənətçini barışığa çağırıb və belə qalmaqalların sənətə yaraşmadığını deyib:

"Belə qalmaqallar sənət aləminə yaraşmaz. Bunlar xalqın gözündə nümunəvi insanlardır, ikisi də gözəl sənətkardır. Bütün Azərbaycan bilir ki, Röyanı çox istəyirəm, hər zaman da onu dəstəkləyirəm. Hər ikisi respublikanın əməkdar artistləridir. Aygünün də xətrini çox istəyirəm, sənətini sevirəm. Bəzən insan emosional olur, mətbuatda da bəzi adamlar bunu şişirdirlər".

Xalq artisti bildirib ki, iki sənətçinin arasındakı anlaşılmazlığın məhkəmədə həll edilməsinin tərəfdarı deyil:
"İstəməzdim ki, iki sənət adamının məsələsi məhkəmədə həll olunsun. Bu, onların öz aralarında həll olunmalıdır. Hər ikisi sevilir, onların arxasında böyük tamaşaçı ordusu, fanatları var. Təbii ki, onlar barışacaqlar. Bəzən ailədə də söz-söhbət olur. Biz balaca ölkəyik və bir düşmənimiz var-erməni. Ayaqdan dartmaqla heç kim inkişaf edə bilməz. Bir-birimizə dəstək olmalıyıq".

Qeyd edək ki, Röya Ayxan Aygün Bəyləri ARB kanalında Elgiz Əkbərin aparıcılığıyla yayımlanan "Səhər-səhər" verilişində onun haqqında işlətdiyi ifadələrə görə məhkəməyə verib və 50 min manat təzminat tələb edir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Şurasının
reklam
Akşənər:
Akşənər: - Xocalı türk millətinə qarşı olan qətliamdır
Xocalı qətliamı türk millətinə qarşı edilmiş bir qanlı qətliamdır.
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi - VİDEOLAR
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Bakıda keçirilən hüzn
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr
 
XİA.az - TƏQDİMAT