"Eyyubu efirə çıxartdığıma görə mənə erməni deyirdilər" - Kamran Həsənlidən 18 ilin etirafı

"Eyyubu efirə çıxartdığıma görə mənə erməni deyirdilər"
Teleaparıcı Kamran Həsənli əməkdar artisti ilk dəfə efirə çıxarmasından danışıb.
"Ölkə.Az"ın məlumatına görə, bu barədə "Onda başladıq" verilişində danışan Həsənli, hətta Yaqubovu efirə dəvət etdiyinə görə təhqir edildiyini söyləyib:

"Eyyub Yaqubovu ilk dəfə efirə dəvət edəndən sonra qəzetlər mənim erməni olduğumu yazırdılar. Hətta iş o həddə çatdı ki, telekanaldan mənə Eyyubu bir daha efirə dəvət etməmək tapşırıldı. Rəhbərliyə dedim ki, biz onu efirə çıxartmalıyıq ki, gənclik onun ardınca düşsün. Amma yenə də qadağa qoydular".

K.Həsənli bildirib ki, bu qadağadan sonra Yaqubovu efirə dəvət etmək üçün fənd fikirləşib:
"Filarmoniyanın yanındakı "Vahid" poeziya evindəki çayxanaya getdim. Gördüm ki, Əlibaba Məmmədov və Habil Əliyev çay içirlər. Gəlib salamlaşdım və hər ikisini efirə dəvət etdim, razılaşdılar. Dedim ki, bir oxuyan da dəvət edəcəyəm, etiraz etdilər. Dedim ki, Eyyub pis oxusa, canlı efirdə mənə deyərsiniz ki, yekə kişisən, bu nə oxuyandı? Habil Əliyev dedi ki, pis oxusa, deyəcəyəm ha. Beləliklə, risk edərək Eyyubu efirə çıxardım. Həmin verilişdə Eyyub Elçin İmanovun iki, Əlibaba Məmmədovun bir mahnısını oxudu. Soruşdum ki, necədir? Əlibaba Məmmədov dedi ki, oxuyan elə budur da. Dedi, hətta mənim ansamblımda işləyib. Kameraya yaxınlaşıb dedim ki, Eyyubun yaxşı oxuduğunu Kamran demir, Əlibaba Məmmədov, Habil Əliyev deyir. Ondan sonra qəzetlər mənim əleyhimə yazmağı dayandırdılar".


Qeyd edək ki, həftə içi "Space" telekanalında 10-da başlayan "Onda başladıq"ın informasiya dəstəkçisi "Ölkə.Az" saytıdır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu gün 42 dərəcə isti olacaq
Bu gün 42 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi
Düşmən atəşkəsi 101 dəfə pozub
Düşmən atəşkəsi 101 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Bakı-Ələt magistral yolunda baş verən dəhşətli qəza yük maşını sürücüsünün
reklam
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Bu barədə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri
6 ayda 240 mindən çox it peyvənd olunub
6 ayda 240 mindən çox it peyvənd olunub
Bu il yanvarın əvvəllərindən etibarən ölkə ərazisində Kənd Təsərrüfatı
 
XİA.az - TƏQDİMAT