Xoşqədəm və Doğuş övladlığa uşaq istəmədilər

Xoşqədəm və Doğuş övladlığa uşaq istəmədilər
Türkiyə mediası 1 ildir evli olan Xoşqədəm Hidayətqızı ilə Doğuşun övladlığa uşaq götürdüyünü yazır. Xoşqədəm Hidayətqızı isə yazılanların yanlış olduğunu və Doğuşun verilişə gətirilən körpəni övladlığa götürməkdən imtina etdiyini bildirib.

“Türkiyə mətbuatı düzgün yazmır. Biz o uşağı övladlığa götürəsi olmadıq. Vəziyyət elə dəyişdi ki, Doğuş bu fikrindən daşındı. O balaca qızı mənim "Sən tək deyilsən" verilişimə nənəsi gətirmişdi. Deyirdi ki, atası körpədən imtina edib və doğulandan özü saxlayır. Mən körpəni çox sevdim və Doğuşa bu uşağı övladlığa götürməmizi təklif etdim. Biz onsuz da övladlığa uşaq götürməyi planlaşdırırıq. Hətta Suriyadan belə olsa, razıyıq.
Doğuş albom hazırlayır, bütün işlərini yarımçıq qoyub, Bakıya gəldi. Bu qızı çox istəyirdik. Doğuşla onu övladlığa götürəcəyimizi dedik. Atası canlı efirə çıxıb ki, uşağımı vermirəm. Atanın övladına sahib çıxmasına Doğuş da, mən də çox sevindik. Doğuş dedi ki, mən o uşağa nə qədər yaxşı baxsam da, doğma atası kimi ola bilmərəm. Bu səbəbdən də Doğuş da körpəni övladlığa götürməkdən imtina etdi”.

Bu yaxınlarda Türkiyəyə yola düşəcəklərini deyən Xoşqədəm Hidayətqızı qardaş ölkənin KİV-nə açıqlama verərək yanlışlığa aydınlıq gətirəcək.(ANSpress)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dollar sürətlə bahalaşır
Dollar sürətlə bahalaşır - HƏRRAC
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Dünya bazarında xam neftin qiymətində qeyri-stabillik müşahidə olunur. APA
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda fəaliyyətdə olan və fəaliyyəti dayandırılmış bir neçə
reklam
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydasını pozduğu üçün
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Təhsil Nazirliyinin bir sıra kütləvi informasiya vasitələrində Şəmkir
Krımda azərbaycanlı iş adamı həbs olunub
Krımda azərbaycanlı iş adamı həbs olunub
Azərbaycanlı iş adamı Emil Yunus oğlu Çemodanov Krımda dini zəmində
 
XİA.az - TƏQDİMAT