TÜNZALƏ AĞAYEVA: "FƏRQLİYƏM"

TÜNZALƏ AĞAYEVA: "FƏRQLİYƏM"















Adı sosial layihələrdə təmsil olunan əməkdar artist Tünzalə Ağayeva yeni yaradıcı işi ilə rəğbət qazanır. Belə ki, sənətçi cəmiyyətin diqqətini xüsusi qayğıya ehtiyacı olanlara yönəldib.
Bəli, məhz qayğıya ehtiyacı olanlara. Hərçənd, qanunlarımızda və cəmiyyətdə belə insanlara bəzən “əlillər”, bəzən də “əngəllilər” deyirlər.
Layihədə isə bu təbəqəyə daha gözəl və uğurlu ad verilir - “Fərqlilər”.
Yaradıcı heyət təkcə gördüyü işlə deyil, elə layihəyə seçdiyi adla da cəmiyyətə, hətta bu işlə bilavasıtə məşğul olan instansiyalara dolayı yolla ismarıc göndərir. Onları həssas, duygulu təbəqəyə münasibətdə adından ta əməllərə qədər hər addımda daha diqqətli, qayğıkeş olmağa səsləyir.
Fərqlilərin problemlərinin önə çəkilməsinın vacibliyini növbəti dəfə xatırladır.
Qeyd edək ki, sözləri Murad Arifə aid olan mahnını Tünzalə “O səs Azərbaycan”dakı yetirmələri, eləcə də, yarışmada seçilmiş bəzi iştirakçılarla birgə səsləndirib: “Bəstənin ərsəyə gəlməsinin əsas səbəbkarı autism sindromlu uşaqlardır. Tünzalə xanım bu xəstəlikdən əziyyət çəkən uşaqlarla müntəzəm görüşür. “Fərqliyəm” mahnısına rejissor Cəlal Kəngərli ilə birgə klip çəkilib. Eyni zamanda həmin motivlərlə sosial çarx da hazırlanıb ki, burda bir sıra tanınmış simalar rol alıb.Yaxın günlərdə hər iki yaradıcı iş ictimaiyyətə təqdim olunacaq.”

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dünya gözəli seçilən iranlı aktrisalar
Dünya gözəli seçilən iranlı aktrisalar
45 yaşlı Niki Kərimi siyahıda 14-ci yeri tutub. Onun həmyerlisi 33 yaşlı
Moskvada Qarabağ danışıqlarının gizli
Moskvada Qarabağ danışıqlarının gizli - Detalları
Bu sözləri politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə,
Ermənistan boşalır:
Ermənistan boşalır: - Ölkə əhalisi 13 min nəfər azaldı
2017-ci ilin yanvar-mart aylarında ölkədə yeni doğulan körpələrin sayı
reklam
Ermənilərin dünən atdığı OSA raketi nə qədər təhlükəlidir?
Ermənilərin dünən atdığı OSA raketi nə qədər təhlükəlidir?
Dünən axşam saatlarında Ermənistan müdafiə bölmələri tərəfindən cəbhənin
Ermənistanda ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olunub
Ermənistanda ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olunub
Ermənistan MTX-nın bundan əvvəl yaydığı məlumatda bildirirdi ki, üç özəl
Dünya birjalarında neft bahalaşıb
Dünya birjalarında neft bahalaşıb
XİA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən
 
XİA.az - TƏQDİMAT