İradə Baxışova - Prezident İlham Əliyev müasir Azərbaycan dövlətinin uğurlarının qarantıdır

İradə Baxışova
Ulu öndər Heydər Əliyev İlham Əliyev haqqında “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” demişdi. Həyat bu sözlərin nə qədər böyük bir həqiqət olduğunu bütün dünyaya göstərdi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür. Cənab İlham Əliyevin 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Həmin il müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkədə sabit siyasi sistemin, çoxukladlı iqtisadi strukturun intensiv formalaşması ili oldu. Məhz o vaxtdan başlayaraq respublikada demokratikləşmə prosesləri genişlənmiş, ölkəmizin dünya transformasiya proseslərinə inteqrasiyası daha intensiv xarakter kəsb etmiş, milli iqtisadiyyatın daha da inkişafı üçün mühüm sosial-siyasi baza yaranmışdır. Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır. Həm 2008, həm də 2013-cü illərdə Azərbaycanda keçirilən prezident seçkilərinə xalqın, milli elitanın və beynəlxalq müşahidəçilərin verdiyi yüksək qiymət deyilənləri bir daha sübut edir. Prezident İlham Əliyev demişdir: "Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir, ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictmai-siyasi vəziyyətə müsbət təsir göstərir. Ona görə də siyasi və iqtisadi islahatların davam etdirilməsi zamanın tələbidir. Əgər biz doğrudan da müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik. Bu işdə dövlətin üzərinə böyük vəzifələr düşür. Biz buna birlikdə nail olmalıyıq".

Azərbaycanın son iyirmi ili əhatə edən enerji siyasəti böyük strateji uğurdur. Bu siyasət ölkənin müstəqil dövlət kimi təhlükəsizliyini təmin edib. O zaman Prezident Heydər Əliyevin qətiyyəti sayəsində “Əsrin müqaviləsi” imzalandı və Azərbaycanın karbohidrogen sektorunu Qərb ölkələri, habelə Rusiya və İranın sərmayədarlarına açıq elan etməsi ilə bağlı verilən cəsarətli qərar möhtəşəm uğurlarla nəticələndi. Bunun sayəsində biz hazırda Azərbaycanın orta gəlirli ölkələr sırasına daxil olduğunu və Türkiyədə ən iri məbləğli sərmayəçiyə çevrildiyini görürük. Bunlar adamı heyrətləndirən uğurlardır. Ölkənin iqtisadiyyatının bütün sahələri günbəgün inkişaf edir, yoxsulluğun səviyyəsi Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə veriləndən əvvəlki 49 faizdən 5 faizə enib. Azərbaycanda neft sektorundan əldə olunan gəlirlərin iqtisadiyyatın digər sahələrinin, məsələn, aqrar bölmənin, ağır sənayenin, gəmiqayırmanın, turizmin, nəqliyyat daşımaları sahəsinin, həmçinin sosial infrastrukturun inkişaf etdirilməsinə yönəldilməsi ilə çoxşaxəliliyin təmin edilməsinin şahidi olduq.

Təbii ki, təhsil sahəsində də həyata keçirilən islahatlar yüksək qiymətləndirilməlidir. Çünki təhsil hər bir ölkə üçün strateji bir sahədir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi təhsil hər bir xalqın gələcəyidir. Təhsilsiz inkişaf ola bilməz. Bu mənada elm, təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir.
Ümumiyyətlə, ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, o cümlədən təhsil sistemində müasir infrastrukturun yaradılması, məktəb tikintisinin geniş vüsət alması isə xüsusilə diqqətəlayiqdir. Hazırda bütün dünyada xalqların, dövlətlərin inkişafı ilə bağlı müasir çağırışlar ilk növbədə məhz təhsillə, cəmiyyətin intellektual inkişaf səviyyəsi ilə bağlıdır. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri “Təhsil əsri” elan edib.
Bu mənada məmnunluq hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan təhsil sahəsində müasir dövrün hədəflərinə doğru inamla irəliləyir. Ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin ölkəmizdə təhsilin ən yüksək səviyyədə inkişaf etdirilməsi ilə bağlı dövlətin, cəmiyyətin qarşısına qoyduğu hədəflər reallığa əsaslanır. İlk növbədə onu vurğulamaq lazımdır ki, Azərbaycan cəmiyyətinin, ələlxüsus da gənc nəslin təhsilə, innovasiyalara böyük marağı var. Ölkəmiz zəngin təhsil ənənələrinə, güclü intellektual və kadr potensialına malikdir. Uzun illər boyu yaranmış ənənələr yeni dövrün tələbləri nəzərə alınmaqla daha da inkişaf etdirilməlidir.

Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Ölkəmizin həyatında böyük əhəmiyyət daşıyan bu hadisədə iştirak etmək hər bir vətəndaşın borcudur. Hamımız bilirik ki, hazırda Azərbaycan Respublikasının prezidenti olan cənab İlham Əliyev bu postu yenidən tutmaq üçün ən real namizəddir və məhz onu dəstəkləmək ən düzgün addım sayılmalıdır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Energetika Nazirliyinin kollegiyasının tərkibi dəyişdirildi
Energetika Nazirliyinin kollegiyasının tərkibi dəyişdirildi
Baş nazir Artur Rasi-zadə “Azərbaycan Respublikası Energetika Nazirliyinin
Prezident nekroloq imzaladı
Prezident nekroloq imzaladı
“Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının
reklam
Suriya ordusu Afrinə girdi
Suriya ordusu Afrinə girdi - Türkiyə ilə dəhşətli döyüş BAŞLANIR
"Afrin bölgəsinin Türkiyə sərhədinə qədər olan ərazisi Şam qüvvələrinin
Abşeronda ağır qəza:
Abşeronda ağır qəza: - ölən və yaralanan var - VİDEO
Fevralın 16-da saat 12 radələrində Abşeron rayonunun Saray qəsəbəsində
Ukrayna tezliklə dağıla bilər
Ukrayna tezliklə dağıla bilər - Saakaşvilidən qorxunc proqnoz
“Ukrayna getdikcə oliqarxların iqtisadi maraqları ucbatından böyük mafioz
 
XİA.az - TƏQDİMAT