Azərbaycanda ilk dəfə uzunömürlülük xəritəsi hazırlanıb

Azərbaycanda ilk dəfə uzunömürlülük xəritəsi hazırlanıb
Azərbaycanda ilk dəfə olaraq ölkənin uzunömürlülük xəritəsi tərtib edilib.

Bunu Trend-ə Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.

U.Həşimova bildirib ki, Azərbaycanın bəzi bölgələrində uzunömürlülülk indeksi çox yüksəkdir:

"Elə bölgələr var ki, orada uzunömürlülük indeksi ilə bağlı rekord göstəricilər qeydə alınır. Şuşa, Xocavənd, Xankəndi, Qazax, Tovuz rayonları üzrə sakinlərin uzunömürlülüyü ilə bağlı göstəricilər yüksəkdir. Buna görə də yaxın gələcəkdə biz o rayonlar üzrə, eləcə də Naxçıvan Muxtar Respublikasında tədqiqatlar aparmağı
U.Həşimova belə bir tədqiqatın artıq cənub rayonlarında aparıldığını da söyləyib.

Hazırda Azərbaycanda 90 yaşından yuxarı olan təxminən 10000 nəfər uzunömürlünün olduğunu deyən U.Həşimova bildirib ki, uzunömürlülər tədqiq olunarkən əvvəlcə, onların yaş verifikasiyası aparılır. Lakin yaşın verifikasiyasının aparılması uzunömürlülərlə bağlı aparılan tədqiqatların ilkin mərhələsi olur. Tədqiqatlar zamanı uzunömürlülər, onların ailə üzvləri, eləcə də uzunömürlülük qeydə alınmayan ailələrin üzvləri tədqiqat qrupuna cəlb edilir və onlar üzərində eyni tibbi-bioloji müayinələr aparılır. Bu müayinələrin aparılmasında həkimlər, bioloqlar, psixoloqlar və s. iştirak edir.

U.Həşimova əlavə edib ki, Azərbaycanda uzunömürlülüyün elmi tədqiqinə 80-ci illərin ortalarından başlanılıb və bu tədqiqatlar Azərbaycanın müxtəlif bölgələrində aparılıb:

"Uzunömürlülərin sayının artıb-azalması dalğavari prosesdir. Ölkədə baş verən müəyyən hadisələr onların sayına təsir göstərib. Məsələn, məcburi köçkünlük ilk növbədə qocalar və uzunömürlülərə öz mənfi təsirini göstərib. Son məlumatlar isə ölkəmizdə uzunömürlülərin sayının artdığını göstərir".

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bayıl yamacında vəziyyət ktirikləşir
Bayıl yamacında vəziyyət ktirikləşir
Bayıl qəsəbəsi, Buxta 9 küçəsində təhlükəli vəziyyət davam edir. Sürüşmə
Yol polisini kameraya çəkən sürücülər həbs olunacaq
Yol polisini kameraya çəkən sürücülər həbs olunacaq - RƏSMİ XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti
Azərbaycan ordusu möhtəşəm hərbi parada hazırlaşır
Azərbaycan ordusu möhtəşəm hərbi parada hazırlaşır
Düşmənə sanballı güc nümayişi olacaq paradda bütün növlərdən yeni silahlar
reklam
Özünü MTN işçisi kimi təqdim edən şəxs polisi şantaj edərkən həbs olundu - Təfərrüat
Özünü MTN işçisi kimi təqdim edən şəxs polisi şantaj edərkən həbs olundu - Təfərrüat
Bakıda bir neçə vətəndaşa qarşı işə düzəltmək adı ilə dələduzluq etməkdə
Bakının qızıl fürsəti - Ağ Evin seçimi
Bakının qızıl fürsəti - Ağ Evin seçimi
Tramp ABŞ-a birinci kimi dəvət edəcək – prezident İlham Əliyevi, yoxsa
Cavanşir Feyziyev özünümüdafiəyə başlayıb?
Cavanşir Feyziyev özünümüdafiəyə başlayıb? - “Dərman mafiyası işi”
Son günlərin əsas mövzusu olan "Dərman mafiyası işi” ilə bağlı yeni
 
XİA.az - TƏQDİMAT