"Şöhrət" ordenli rəssamın vətən xaini olan oğlu - Elnur Nəcəfzadə....

"Şöhrət" ordenli rəssamın vətən xaini olan oğlu
Ermənilərin faşist və millətçi “Pandukht” saytı Azərbaycanda və Türkiyədə “Novruz əmi” kimi tanınan əfsanəvi polis rəisi və xalq hərəkatçısı Novruz Həsənov barədə yazıb.

Ümumiyyətlə isə yazı özü tam nifrət ruhundadır və bir çox faktlar təhrif edilərək oxuculara təqdim olunur.

Lakin burada diqqət çəkən məqam müəllifin Elnur Nəcəfzadə adlı bir jurnalistə təşəkkür etməsi olub.

Musavat.com həmin Elnur Nəcəfzadə ilə bağlı maraqlı məlumatlar əldə edib.

Bilindiyi kimi, Elnur Nəcəfzadə Azərbaycanın xalq rəssamı, "Şöhrət" ordenli Kamil Nəcəfzadənin oğludur.

Kamil Nəcəfzadə Azərbaycan kino və teatr aləmində tanınmış xadim sayılır. O, 1929-cu ildə Lənkəran şəhərində anadan olub.

Kamil Nəcəfzadə “Bir cənub şəhərində”, “Bir məhəllədən iki nəfər”, “Bizi bağışlayın”, “Bağ mövsümü” və s. kimi kino həvəskarlarına yaxşı tanış olan filmlərin, habelə bir sıra teatr tamaşalarının quruluşçu rəssamı olub.

Kamil Nəcəfzadə həm də Azərbaycan kino və televiziya rejissoru, kino rəssamı, ssenari müəllifi və aktyor, Azərbaycanın əməkdar incəsənət xadimi Şamil Nəcəfzadənin atasıdır.

"Şöhrət" ordenli rəssamın vətən xaini olan oğlu

Elnur Nəcəfzadəni özünə gəlincə, bu adamın keçən əsrin 90-cı illərində ABŞ-a köçdüyü deyilir. Gələn məlumatlara görə, onun həyat yoldaşı ermənidir.
"Şöhrət" ordenli rəssamın vətən xaini olan oğlu

İsveçrədə yaşayan yazıçı Ələkbər Əliyev sözügedən şəxslə bağlı fikirlərini Musavat.com-la bölüşüb. Yazıçı deyir ki, Elnur Nəcəfzadə ilə şəxsən tanış deyil, ancaq bir-birini virtual aləmdən tanıyırlar: "Mən, 2000-ci ilin ikinci yarısında, erməni həmkarlarımla dialoq qurmağa; erməni yazıçı, publisistlərlə, o vaxtlar hələ çox da populyar olmayan blogerlərlə müxtəlif platformalarda konflikti müzakirə etməyə başladığımda, Elnur Nəcəfzadə «Oblomov» təxəllüsü ilə Azərbaycan mentalitetini tənqid edən yazılar yazırdı. Təəssüf ki, bunu professor Həsən Quliyev kimi maraqlı və dərindən etmirdi. «Arxetipik azərilər – mentalitetin simaları» kitabını oxumuş biri olaraq, Elnurun təsbitləri məni təəccübləndirə bilməzdi. Onun yazdıqları ən yaxşı halda təkrar, ən pis halda isə «şəxsi qərəz» kimi, yəni maraqsız və səmərəsiz görünürdü. O illərdə, ermənilərlə hansısa münasibətinin, ya da onlara simpatiyasının olduğunu bilmirdim. Bunun siqnalını vermirdi".

Ələkbər Əliyev bildirir ki, son üç-dörd ildə vəziyyət xeyli dəyişib: "Sosial şəbəkələrdə yollarımız tez-tez kəsişməyə başladı. Qarabağ konfliktinə dair fikirləri ilə tanış oldum. Azərbaycana sonsuz və presedentsiz nifrətini gördüm. Bildiyiniz kimi, azərbaycanlıların milli xarakteri üçün mən də sino getmirəm, «xalqı söymək» işində də mənə rəqib yoxdur. Amma burada sıradan bir xalqı söymək yox, faşizm həddində bir nifrət və ikrah vardı. Elnur Nəcəfzadə düşüncələrini gizlətmir, hər şeyi öz adı ilə, açıq yazır. O hesab edir ki, Qarabağ qeyd-şərtsiz ermənilərin olmalıdır. Azərbaycanlıların və Azərbaycanın mövcudluğu tarixi bir səhv və ədalətsizlikdir.

Təsadüfi deyil ki, Elnur Nəcəfzadə Ermənistanda məhz "Panduxt"la – Azərbaycan və azərbaycanlılara sözün əsl mənasında nasist münasibətdə olan bir bloqla əməkdaşlıq edir. Saytın qurucusu, əslən gəncəli Levon Melik Şaxnazaryandır. Yaxın keçmişdə ölüb. Ölümündən sonra saytın idarəsi onun oğluna keçib, oğul da bu gün atasının xəttini "layiqiincə" davam etdirir. İnsaf naminə deməliyəm ki, erməni bloqosfera və ictimai sektorunda "Panduxt"un radikalizmi və ekstremizmi təqdir olunmur, ya da ən azından gizli təqdir olunur. Bu saytda ortaya atılan tezisləri, faşizm püskürən yazıları, hətta ermənilərin özləri də ifrat mübaliğəli və ekstrim hesab edirlər.

Elnur Nəcəfzadə azərbaycanlılara sırf azərbaycanlı olduqlarına görə nifrət edir. Onun inancına görə azərbaycanlıların, xüsusilə Qarabağ münaqişəsində haqlı olduqları heç bir məsələ yoxdur, çünki onlar ermənilərlə müqayisə olunmayacaq, bu savaşda haqlı olmayacaq qədər iyrənc məxluqlardır və yaxşı olardı ki, bu coğrafyada heç mövcud olmasınlar. Məni isə bir sual düşündürür – Elnur Nəcəfzadə ermənilərin ondan iyrəndiyini bilirmi?"

Qeyd edək ki, Elnur Nəcəfzadə Xocalı soyqırımında ermənilərə az qala haqq qazandıran yazılarla çıxış edən bir adamdır. Bundan başqa, Elnur Nəcəfzadənin yazılarında Azərbaycan siyasətçilərinin, xüsusilə də Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbərin ünvanına olmazın təhqirlər yağdırılır.

Elnur Nəcəfzadə Azərbaycan xalqının milli kimliyinə, köklərinə ikrahla yanaşan məqalələri dərc olunur.

Musavat.com

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də İtaliya
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də
On beş il:
On beş il: - sabit və təhlükəsiz Azərbaycan
Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr
reklam
Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır
Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır - VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin
Almaniyanın NİTRO jurnalının əməkdaşları Gəncədə olublar
Almaniyanın NİTRO jurnalının əməkdaşları Gəncədə olublar
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Almaniyanın NİTRO
Niyazi Bayramov məktəbəqədər və orta təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
Niyazi Bayramov məktəbəqədər və orta təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov körpələr evi-uşaq
 
XİA.az - TƏQDİMAT