İlham Əliyev Mehdiabad-Digah-Məmmədli yolunun açılışında iştirak edib - VİDEO

İlham Əliyev Mehdiabad-Digah-Məmmədli yolunun açılışında iştirak edib
Prezident İlham Əliyev Abşeron rayonunda yenidən qurulan Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edib.

Xezerxeber.az-ın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, Abşeron rayonunda 21 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən bu yolun uzunluğu 9 kilometrə yaxındır. Ümumilikdə 12 metr enində yeni yol yatağı tikilib. Tikintidən sonra yolun hərəkət hissəsi 7-8 metrə qədər genişləndirilib.

Prezidentə Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi haqqında da məlumat verilib. Bildirilib ki, 16 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun uzunluğu 6,5 kilometrdir. Bu yolun tikintisinə 1,8 milyon manat vəsait ayrılıb.

Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun yenidən qurulması nəticəsində nəqliyyat vasitələrinin və əhalinin gediş-gəlişi xeyli asanlaşıb, onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmalarına imkan yaranıb.

Azadlıq prospektinin Ziya Bünyadov prospektindən Biləcəri-Baksol yolunadək 3,1 kilometrlik hissəsi, həmçinin Binəqədi şosesi də yenidən qurulub. Bu yolların üzərində müasir avtobus dayanacaqları quraşdırılıb, piyadaların yolu təhlükəsiz keçmələri üçün yerüstü piyada keçidləri tikilib, piyada səkiləri inşa olunub, yağış və qar sularının nizamlı axınının təmin edilməsi məqsədilə boru xətti çəkilib.

Dövlət başçısı "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğunda da olub. Qoruqdakı vəziyyətlə tanış olan prezident burada şəraitin dözülməz olduğunu bildirib. Qeyd edib ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.

Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verib ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanın Müdafiə naziri Çinə rəsmi səfər edəcək
Azərbaycanın Müdafiə naziri Çinə rəsmi səfər edəcək
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov
Monitorinq insidentsiz başa çatıb
Monitorinq insidentsiz başa çatıb
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun
Yeni nazirdən bir gündə 5 təyinat
Yeni nazirdən bir gündə 5 təyinat
Bundan öncə Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə
reklam
İlham Əliyev
İlham Əliyev - Heç bir ölkə bizi Türkiyə qədər dəstəkləmədi
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb
Ərdoğan: “Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunmalıdır”
Ərdoğan: “Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunmalıdır”
“Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümüdür. Bununla
Prezident İlham Əliyev:
Prezident İlham Əliyev: "Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun çox böyük gələcəyi var"
"Prezident seçkilərindən sonra ilk səfərimi qardaş ölkəyə etdim. Bu
 
XİA.az - TƏQDİMAT