Mehriban Əliyevanın fəaliyyəti ümumbəşəri dəyərlərə söykənir - VİDEO

Mehriban Əliyevanın fəaliyyəti ümumbəşəri dəyərlərə söykənir
Azərbaycan Mehriban Əliyevanın timsalında artıq dəfələrlə tolerant və ümumbəşəri dəyərlərə nə qədər hörmətlə yanaşan bir ölkə olduğunu sübuta yetirib.
Xezerxeber.az-ın məlumatına görə, Azərbaycanın Birinci vitse-prezidentinin hələ Heydər Əliyev Fondunun rəhbəri olduğu zamanlardan başlatdığı xeyriyyəçilik fəaliyyəti Avropadan ən ucqar Asiya ölkələrinə qədər gedib çıxıb.

Mehriban Əliyevanın humanizm dəyərlərinə söykənən xeyriyyəçilik fəaliyyəti, xüsusilə tarixi, mədəni, dini abidələrə həssaslıqla yanaşması Azərbaycanın adının dünyada tanıdılması baxımından çox önəmli bir fəaliyyətdir.

Mehriban Əliyeva fəaliyyətində kilsə-məscid-sinaqoq, xristian-müsəlman-iudizm fərqini qoymur, məsələlərə umumbəşəri konteksdən yanaşır. Elə bir neçə gün öncə Birinci vitse-prezidentə Rusiyada II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeninin verilməsi də bu humanist fəaliyyətin nəticəsidir.

Millət vəkili Yaqub Mahmudov bildirir ki, Mehriban Əliyevanın fəaliyyəti beynəlmiləl və ümumbəşəri dəyərləri əhatə etsə də, onun fəaliyyətinin mərkəzində yalnız bir məqsəd var: Bu isə Birinci vitse-prezidentin Azərbaycanın milli maraqlarını, mənəvi dəyərlərini hər şeydən üstün tutmasıdır.

Onu da qeyd edək ki, II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni Rusiyada kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlara verilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Abbas Bağırov köməkçisini bağışladı
Abbas Bağırov köməkçisini bağışladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən
Canavarlar kəndlərə hücum edir
Canavarlar kəndlərə hücum edir - Nazirlik hərəkətə keçdi
oranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərinə canavarların hücum
Martdan Azərbaycanda minimal pensiya 160 manat olacaq
Martdan Azərbaycanda minimal pensiya 160 manat olacaq
“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi parlamentin bu
reklam
Sinoptiklər şaxtalı hava vəd edirlər
Sinoptiklər şaxtalı hava vəd edirlər
Fevralın 20-də Bakı və Abşeron yarımadasında yağıntının səhər tədricən
İlham Əliyev çoxmənzilli binalarla bağlı fərman imzaladı
İlham Əliyev çoxmənzilli binalarla bağlı fərman imzaladı
Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə
Bakıda silah gəzdirən Masallı sakini tutuldu
Bakıda silah gəzdirən Masallı sakini tutuldu - FOTO
Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşları tərəfindən
 
XİA.az - TƏQDİMAT