Sınıqçıların təyin etdiyi müalicə yolları fəsadlara yol açır - video

Sınıqçıların təyin etdiyi müalicə yolları fəsadlara yol açır
Burxulma,çıxıq, sınıq...

Xezerxeber.az-ın məlumatına görə, belə hadislər baş verən zaman bəzi insanlar həkimdən qabaq sınıqçı axtarır.

Mingəçevirdə yaşayan Sərvan Soltanov uzun illərdir bu işlə məşğul olduğunu deyir. O, atasından öyrəndiyi işi bu gün səhvsiz icra etdiyini iddia edir.

Sınıqçının sözlərinə görə, ona həm yaşlı, həm də gənclər müraciət edir. Sərvan Soltanov daha ağır vəziyyətdə olan xəstələri yoxlanış üçün rentgen müayinəsinə göndərdiyini də bildirir. Bundan sonra isə özünün hazırladığı məlhəmlərdən istifadə etməklə əl, ayaq və digər nahiyyələrdəki çıxıq, sınıq və əzikləri müalicə edir.

Yaşlı nəslin nümayəndələri isə həkimdən daha çox sınıqçıya inadıqları üçün bura gəldiklərini deyirlər.

Sınıqçıya gördüyü işin müqabilində isə 3-5 manat ödəniş edilir.

Cəlilabad rayon Uzuntəpə kənd sakini Seyidağa Əliyev isə deyir ki, o, bu işi babasından öyrənib. Bu sahə üzrə heç bir təhsili olmasa da, onun yanına gələnlər az deyil.

Sınıqcının sözlərinə görə, indiyə kimi müraciət edənlərdə hər hansı bir ciddi narahatlıq olmayıb.

Həkimlər isə bildirir ki, bu cür sınıqçılara müraciət edib onlardan şəfa diləmək çox təhlükəlidir. Çünki həkim olmaq üçün ən azı 10 ildən yuxarı təhsil alınır.

Səhiyyə Nazirliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, sınıqçılara müraciət etmək düzgün deyil. Onların təyin etdiyi müalicə və bərpa yolları bəzən fəsadlara yol açır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT