YPX-ti əməkdaşından özbaşınalıq - Dayanma durma qadağandır?

YPX-ti əməkdaşından özbaşınalıq

Maraqlı məsələdir, görəsən YPX-ti əməkdaşları taksi sürücülərini nədən cərimələmirlər?

XİA.az-ın əldə etdiyi məlumata əsasən Gəncədə dayanma və durmanın qadağan olduğu yerlərdə taksi sürücüləri cərimələnmirlər. Bu qeyd olunanlar YPX-ti əməkdaşlarının gözü önündə baş verir. Gəncə Moll kimi məhşur bir ticarət mərkəzinin həm qarşısında, həm yan tərəfində yol nişanı qoyulub ki, dayanma və durma qadağandır. Ancaq buna baxmayaraq hər iki istiqamətdə avtomobilini park edənlərə rast gəlmək mümkündür. Hətda GDU-ti ilə Gəncə Moll araslndakı yolda taksi sürücüləri rahatlıqla dayanıb sərnişin gözləyirlər. YPX-ti əməkdaşları isə bu olanlara göz yumur. Ancaq başqa sürücü maşınını həmin ərazidə saxladıqda tez onun maşınına dayanma və durma cəriməsini yazıllar.

Bu gün həmin ərazidə avtomobilini bilmədən saxlayan sürücüyə isə piyada keçidlərinə nəzarət edən YPX-ti əməkdaşları müdaxilə etdilər. İlk öncə sürücünün sənədləri alındı, YPX-ti əməkdaşı avtomobilə oturdu, bir müddət sonra isə avtomobildən düşərək sürücünü yola saldılar.

Əslində piyada keçidlərinə nəzarət edən YPX-ti əməkdaşlarının sürücüyə cərimə tətbiq edilməsi qanuna ziddir və onlar sürücülərdən sənəd tələb edə bilməzlər. Onların vəifələri piyada keçidindən istifadə etməyən, yolun hərəkət hissəsindən keçən piyadaları cərimə etməkdir. Əgər yaxınlıqda piyada keçidi yoxdursa bu zaman onlar piyadalarıda cərimə edə bilməzlər.

Buna baxmayaraq hələ YPX-ti əməkdaşlarının kompyuterləri vasitəsi ilə onların adından dayanma və durma cərimələridə vururlar. Bu qanun pozuntusuna isə rəhbər şəxslər susur.

Gəncə DYPŞ-nin inspektoru Vüsal Alıyevin bir neçə maşını buraxıb birinə cərimə tətbiq etməsi isə qanun pozuntusundan başqa bir şey deyil. Əslində heç bilinmir ki, Vüsal Aıyev həmin vaxt xidmətdə olub və yaxud hansı əraziyə təhkim edilib. Bu barədə əməkdaşımız nazirliyə müraciyət edib.

P.S. Bəzi YPX-ti əməkdaşlarının adından dayanma və durma MMX-sı necə çəkilməsinidə bizdə oxuyacaqsınız. Ümid edirik ki, rəis vəzifəsini müvəqqəti icra edən Elnur Quliyev bu barədə tədbir görəcəkdir.

Mövzuya yenidən qayıdacağıq.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17
Dövlət Miqrasiya Xidmətində təlim
Dövlət Miqrasiya Xidmətində təlim
Təlim miqrasiya orqanları işçilərinin peşəkarlıq səviyyəsinin
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və
reklam
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviya Respublikasının ədliyyə naziri Dzintars Rasnaçsın başçılıq etdiyi
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
 
XİA.az - TƏQDİMAT