Gəncədə dəhşətli qəza - Sptinter zərbənin təsirindən aşıb - VİDEO

Gəncədə dəhşətli qəza

Bu gün axşam saatlarındə Gəncə-Göygöl yolunda dəhşətli qəza baş verib. Mersedes Sprinter VAZ2106 ilə toqquşub.

XİA.az-ın xəbərinə görə bu gün axşam saatlarında Gəncə şəhər Gülüstan qəsəbəsi ərazisində avtoqəza baş verib. Belə ki, hərəkətdə olan 20 DT 958 dövət nömrə nişanlı Mersedes Sprinter markalı sərnişin mikroavtobusu 57 BS 562 dövlət nömrə nişanlı VAZ2106 markalı avtomaşınla toqquşub. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İlkin məlumata əsaən Mersedes Sprinter yolu dönərkən sürətlə hərəkət edən VAZ2106 onun arxa təkərindən dəyib. Sürət çox olduğundan Mersedes Sprinter yolun kənarına aşıb. Hadisə nəticəsində Mersedes Sprinterdə olan uşaq və VAZ2106-nın sürücüsü yüngül xəsarətlər alıb.

Hadisə yerinə TTY birqadası gəlib, xəsarət alanlar xəstaxanaya yerləşdirilib.

Hadisə nəticəsində yolda qısa müddətli tıxac əmələ gəlib. Gəncə BPİ-nin DYPŞ-nin əməkdaşları qısa müddət ərzində hərəkəti tənzimləyiblər.

Faktla bağlı GŞBP-nin təhqiqat bölməsində araşdırma aparılır.

XİA.az hadisə yerindən video görüntüləri təqdim edir.



CEHUN Qurbanov
XİA.az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT