Ələt-Hacıqabul yolu ilə bağlı bəzi saytlarda gedən məlumatlara cavab - VİDEO

Ələt-Hacıqabul yolu ilə bağlı bəzi saytlarda gedən məlumatlara cavab - VİDEO
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Ələt-Hacıqabul hissəsinin tikintisinə 2000-ci ildə imzalanmış müqavilə əsasında 2001-ci ildə başlanılmış və 2004-cü ildə tikinti işləri başa çatdırılıb. II texniki dərəcədən I texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilən yol 45 km uzunluğa malikdir. Yol üzərində 2 yeraltı piyada keçidi və 7 körpü tikilərək istifadəyə verilib. Magistral yolun Ələt-Hacıqabul hissəsinin tikintisinin maliyyəıəşdirmə mənbəyi Küveyt Fondu və İslam İnkişaf Bankı olub.

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Ələt-Hacıqabul hissəsi 15 ilə yaxın müddətdə istismar olunmasına baxmayaraq bunun üçün ciddi zərurət yaranmadığı üçün sözügedən yolda indiyə qədər orta və əsaslı təmir işləri həyata keçirilməyib.
Halbuki ümumi istifadədə olan avtomobil yollarında sərt olmayan yol geyimlərinin və süni qurğuların təmirlərarası xidmət müddətləri normalarına əsasən, orta və əsaslı təmir işləri avtomobil yollarının texniki dərəcəsindən, gün ərzində nəqliyyat axınının orta hərəkət şiddətindən, yol geyimlərinin tipindən və yol-iqlim rayonlaşmasından asılı olaraq həyata keçirilir.

Normalara əsasən I texniki dərəcəli avtomobil yollarında ən çox yüklənmiş zolaq üzrə hərəkət şiddəti sutka ərzində 3 min – 6 min 500 avtomobil arası dəyişirsə yolda orta təmir işləri ən geci 3 ildən bir həyata keçirilməlidir.
Bundan başqa təmirlərarası xidmət müddətləri normalarına əsasən, I texniki dərəcəli avtomobil yollarında nəqliyat axınının hərəkət şiddəti sutka ərzində 7 min avtomobildən çox olduqda hər 15 ildən bir əsaslı təmir işləri həyata keçirilməlidir. Üstəlik respublikanın avtomobil yolları IV-V yol-iqlim zonalarına aid olduğu üçün də bu təmir müddəti 15 ildən bir olmalıdır.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xidmət etdiyi Ələt-Hacıqabul avtomobil yolunda hərəkətin orta sutkalıq intensivliyi 2004-cü ildə 2000 - 2200 avtomobil təşkil edirdisə, hazırda yol ilə sutka ərzində keçən maşınların orta sayı 8-9 dəfə artaraq 18 – 20 min avtomobilə çatıb. Bu isə hər zolaqla orta hesabla 4500 - 5000 avtomobil deməkdir.

Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla magistralın sözügedən hissəsində yolun aşınma layının tam olaraq yenilənməsi ilə orta təmir işləri 3 ildən bir həyata keçirilməklə artıq əsaslı təmir işlərinin aparılması zərurəti yaranmalı idi. Ancaq ciddi zərurət yaranmadığı üçün 15 ilə yaxın istismar olunan yolda əsaslı təmir işlərinə deyil, orta təmir işlərinə zərurət yaranmışdır ki, yaxın günlərdə bu istiqamətdə işlərə start veriləcək.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
“Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən İrəvanla Ankara arasında
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl ərə gedən qadın dünyasını dəyişib.
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə
reklam
Qan donduran hadisə
Qan donduran hadisə - Öldürdüyü 63 pişiyi soyuducuda saxladı - VİDEO
Amerikanın Minnesota əyalətində baş verən qan donduran hadisə eşidənlərin
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid
 
XİA.az - TƏQDİMAT