Sel Ağsuda çayın bəndini uçurdu - video



Aramsız yağan yağışlar Ağsu çayında sel yaradıb. ARB Aran xəbər verir ki, sel çayın Ağsu rayonu ərazisindən keçən hissəsindəki sahil mühafizə bəndlərini uçuraraq yararsız hala salıb.
Su rayonun Maşadqanlı və Ağalarbəyli kəndlərini birləşdirən piyada körpüsünü də dağıdıb. Sakinlər bildirir ki, bir kənddən o biri kəndə keçmək üçün piyada körpüsü ilə məsafə 2 kilometrdir.
Amma indi onlar körpünün uçması səbəbindən 20 kilometrlik məsafə getmək məcburiyyətində qalıblar. “Kənd sakinləri çayın bir tayından digər tayına keçmək istəsələr də bu alınmır” deyə kənd sakini Əfqan Qəniyev bildirib.
Çayın üzərindən keçən bir neçə rabitə dirəyi də selin gücünə dözməyərək aşıb. Kəndlərlə rabitə əlaqəsi kəsilib. Sakinlərin sözlərinə görə əgər nöbəti dəfə Ağsu çayında sel təhlükəsi yaranarsa, ətraf kəndlərin əraziləri su altında qala bilər. Ağsu rayon Ərəbşağı İnzibati Ərazi dairəsi üzrə icra nümayəndəliyindən verilən məlumata görə, sel suları azalan kimi ərazidə bərpa işlərinə başlanılacaq.
Ağsu rayon Su Meliorasiya idarəsindən isə bildirildi ki, ərazidə lahiyələndirmə işlərini aparmaq üçün Bakıdan mütəxəssislər gələcək. Onların rəyindən sonra beton bəndlərin bərpasına start veriləcək.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Qarabağda erməni əsgəri yaralanıb
Qarabağda erməni əsgəri yaralanıb
Yanvarın 16-da saat 23:55-də Azərbaycan və Ermənistan qoşunlarının təmas
Paytaxt sürücülərinin nəzərinə!
Paytaxt sürücülərinin nəzərinə!
Aparılacaq təmir işləri və yüksək gərginlikli elektrik xətlərinin
Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı sədri ilə görüşüb
Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı sədri ilə görüşüb
Yanvarın 16-da Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabın adından
reklam
Zakir Bədəlov:
Zakir Bədəlov: - “Çovdarov dedi ki, 200 min dollar ver, yoxsa səni deportasiya etdirəcəyəm”
O, bildirib ki, 1990-cı ildən etibarən Azərbaycan Respublikasında yaşayır,
İlham Əliyev Türkiyənin Fəxri doktoru adına layiq görüldü
İlham Əliyev Türkiyənin Fəxri doktoru adına layiq görüldü
XİA.az xəbər verir ki, bu barədə olkə.Az-a eksklüziv açıqlamasında həmin
YPX əməkdaşları Gəncədə reyd keçirib - onlarla cərmələnənlər var
YPX əməkdaşları Gəncədə reyd keçirib - onlarla cərmələnənlər var
Reydlər zamanı müxtəlif yaş qruplarından olan piyadaların qayda pozduqları
 
XİA.az - TƏQDİMAT