Qanunsuz yolla əldə edilmiş meşə materialları və kömür aşkar edilib - reydlər davam etdirilir

Qanunsuz yolla əldə edilmiş meşə materialları və kömür aşkar edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə 25-29 dekabr 2017-ci il tarixlərində növbəti reyd keçirilib.

XİA.az ETSN-nin saytına istinadən xəbər verir ki, Keçirilən reydlər zamanı Lənkəran rayonu ərazisində rayonun Təngivan kənd sakini Əlibaba Məmmədova məxsus “Kamaz” markalı 42BR421 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 4,91 m3 həcmində fıstıq, 3,8 m3 həcmində ağcaqayın və 0,03 m3 həcmində qızılağac cinsli taxta materialı aparıldığı aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 2100,29 manat məbləğində ziyan tətbiq edilib.

Gəncə şəhəri ərazisində keçirilən reyd zamanı Göygöl rayonu Tülallar kənd sakini Vüqar Məmmədova məxsus sahədə satış məqsədilə ümumi çəkisi 713 kiloqram olan 62 kisə kömür aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 986 manat məbləğində ziyan tətbiq edilib. Həmçinin Goranboy rayonu Qaraçinar kənd sakini Səfəralı Zalova məxsus ağac emalı sexində 0,4 m3 həcmində cökə cinsli və Kəlbəcər rayon sakini Şahin Süleymanova məxsus ağac emalı sexində ümumilikdə 0,99 m3 həcmində göyrüş, cökə və fıstıq cinsli taxta materialı aşkar edilib. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara ümumilikdə 123,50 manat məbləğində ziyan tətbiq edilib.

Hazırda reydlər davam etdirilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT