Rza Zərrab işi: Hakan Atillanın cəzası Türkiyəni qarışdırdı

Rza Zərrab işi: Hakan Atillanın cəzası Türkiyəni qarışdırdı
Amerikada aparılan məhkəmədə 5 maddə üzrə ittiham olunan “HalkBank” müdirinin müavini Mehmet Hakan Atilla ilə bağlı jürinin açıqladığı qərardan sonra bank ilk açıqlamasını verib. “Yeni Müsavat” Türkiyə mətbuatına istinadən xəbər verir ki, açıqlama məhkəmə prosesinin hələ davam etdiyi, apelyasiya daxil olmaqla, bir çox mərhələlərdə bankın öz haqlarını müdafiə edəcəyi bildirilib.

Açıqlama aşağıdakı kimidir: “Bankımızın müdir müavini, hörmətli Mehmet Hakan Atilla Amerikada davam etməkdə olan məhkəmənin ilk mərhələsində ona qarşı irəli sürülən bir çox ittihamlara görə günahkar bilinib. Bundan sonrakı mərhələdə verilən qərar haqqında apelyasiya da daxil olmaqla, bütün hüquqi yollara müraciət edilməsi imkan daxilindədir. Çünki hüquqi prosedur hələ yekunlaşmayıb. Sözügedən məhkəmə prosesində bankımız tərəf olmadığı kimi, məhkəmə tərəfindən bankımız haqqında alınmış hər hansı bir qərar da yoxdur. Müdir müavinimiz haqda məhkəmə jürisi qərarına istinad edilərək hələlik hüquqi prosedura tamamlanmayan məhkəmə ilə bağlı bankımızın etibarını sarsıdacaq şəkildə açıqlama və xəbər hazırlanmasının qanuna zidd olduğunu xatırlatmaq istəyirik”.

Rza Zərrab işi: Hakan Atillanın cəzası Türkiyəni qarışdırdı

ABŞ-ın İran embarqosunu pozmaqda ittiham olunan “HalkBank”ın yetkilisi H.Atillanın Nyu Yorkda baş tutan 4 həftəlik məhkəmə prosesinin ardınca qərar verilib. Jüri Atillanı embarqonu pozmağa yardım etməkdə suçlu elan etdi. Ümumən isə Atilla ABŞ investisiya qanununu pozaraq bank saxtakarlığı və kompromat da daxil olmaqla, özünə qarşı yönəldilən 6 ittihamdan 5-də suçlu elan edilib. Onun cəzası aprelin 11-də açıqlanacaq.

Qərarın açıqlanmasının ardınca ilk dəfə məhkəmə salonuna gələn Atillanın həyat yoldaşı Burçin Atilla ağlayıb. Məhkəmədən dərhal sonra müdafiə vəkilləri jurnalistlərə açıqlamalar veriblər. Bu məhkəmənin Atilla ilə heç bir əlaqəsinin olmadığını və R.Zərrabın şousu olduğunu vurğulayan Rocco “Atilla qəribə bir oyunun qurbanı oldu” deyib. Vəkillərdən Cathy Fleming isə Atillanın ləyaqətli bir insan olduğunu vurğulayaraq, jürinin Zərraba inanmasının və gerçək tablonu görə bilməməsinin xəyal qırıqlığı yaratdığını deyib.

Türkiyənin Xarici İşlər Nazirliyi də Hakan Atilla məhkəməsi ilə bağlı açıqlama verib. Nazirlik jürinin qərarı ilə bağlı bildirib: “Haqsız və uğursuz bir gəlişmədir. Daha öncə nümunəsinə rast gəlmədiyimiz bir şəkildə Türkiyənin daxili işlərinə müdaxilə edilib. Hüquq ayıbına dönən qərarın düzəldilməsi ən böyük arzumuzdur”.

Hökumət sözçüsü Bekir Bozdağ da verdiyi açıqlamada “Bu, bir siyasi tələ məhkəməsidir. Qərar istintaqdan da əvvəl verilib” deyib. Baş nazir köməkçisi Rəcəb Akdağ isə qərarı “Yanlış və uğursuz” adlandırıb.

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bu məqamlar yer alıb: ““XalqBank”ın müdir müavini Mehmet Hakan Atillanın jüri tərəfindən 6 ittihamdan 5-dən suçlu hesab edilməsi haqsız və uğursuz haldır. ABŞ məhkəməsi saxta və siyasi istismar müsaid, “dəlillərə” istinad edərək baş tutan və Türkiyənin daxili məsələlərinin həqiqətdən uzaq qurğuların təməlində müzakirə olunduğu bir müddətdə daha öncə nümunəsinə rast gəlinməmiş bir şəkildə Türkiyənin daxili işlərinə müdaxilə edilib. Bu arada ABŞ tərəfindən maddi və logistik dəstək təmin olunmaq üzrə bəzi FETÖ mənsublarının da həqiqətdən uzaq, saxta dəlillər təqdim etməsinə fürsət yaradılıb. Bu isə məhkəmənin ciddiyyət və inandırıcılığını yox edib. Bu məqamda da bir hüquq ayıbına çevrilən qərarın düzəldilməsi ən böyük arzumuzdur".

Rza Zərrab işi: Hakan Atillanın cəzası Türkiyəni qarışdırdı
Baş nazir yardımçısı və hökumət sözçüsü Bekir Bozdağ isə twitter vasitəsilə verdiyi açıqlamada aşağıdakıları yazıb: “Zərrab məhkəməsi siyasi bir tələdir. Zərrab məhkəməsində hüquq, məhkəmə və mühakimə, siyasi bir fayda əldə etmək üçün nümayişkaranə şəkildə istifadə olunub. Bu məhkəmədə qərar istintaqdan öncə verilib. Məhkəmə prosesi isə bu qərarın elanı üçün sadəcə, məcburi üsulun tamamlanmasıdır. Bu səbəbdən ABŞ-da davam edən Zərrab məhkəməsində jürinin qərarı bizim üçün sürpriz və ya təəccüblü bir gəlişmə deyil. Jürinin Mehmet Hakan Atillanı günahkar hesab etməsi və eləcə də məhkəmənin verəcəyi qərar Türkiyə baxımdan hüquqi bir dəyər ifadə etməz. Zərrab məhkəməsi Türkiyə və Amerikada FETÖ və CIA, FBI, ABŞ məhkəməsi iş birliyinin də bariz nümunəsi, sübutudur”.

Öz növbəsində baş nazir köməkçisi Recep Akdağ qərarla bağlı qatıldığı bir televiziya verilişində deyib: “İlk gündən bəri məhkəmənin haqsız, hüquqsuz, Türkiyənin daxili işlərinə qarışan bir məhkəmə olduğunu ifadə edirik. Bu qərar bir hüquq ciddiyyətinin olmadığını və etibarlılığın da qiymət ifadə etmədiyini göstərir. Saxta dəlillər və Türkiyənin daxili işlərinə qarışma cəhdi var. Amerika öz gücünü başqa ölkələrdə də göstərmənin və bunu məhkəmə ilə dəstəkləmənin marağındadır. Yanlış və uğursuz bir qərardır. Hakan Atillanın apelyasiya haqqı var, amma ABŞ məhkəməsinin də bir an öncə bu qərardan dönməsi lazımdır”.

Qeyd edək ki, proses 28 noyabrdan başlayıb. Şahidlərin dindirilməsinin ardınca 12 nəfərdən ibarət jüri üzvləri ittiham olunan şəxsin günahkar olub-olmadığına qərar vermək üçün məsləhətləşmələrə başlayıb. Müdafiə tərəfi 19 dekabrda Atillanın çarpaz sorğusu sırasında prokurorluğun ona yönləndirdiyi bir suala etiraz etmiş və məhkəməyə ikinci dəfə “xətalı istintaq” aparıldığı üçün etiraz məktubu təqdim etmişdi.

Sevinc TELMANQIZI
musavat.com

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
AŞPA-nın QIŞ SESSİYASINDA
AŞPA-nın QIŞ SESSİYASINDA
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
Uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur
Uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur - VİDEO
Respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların
Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tədbirdə 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi və birliyi
reklam
Poroşenkonun istirahətinə Saakaşvilidən atmaca
Poroşenkonun istirahətinə Saakaşvilidən atmaca
“Mənə Kiyev qarı hər şeydən əzizdir. O, mənə Maldivlərdən də əzizdir.
ABŞ və Türkiyə Afrində üz-üzə
ABŞ və Türkiyə Afrində üz-üzə - Şeytan planı
“Afrin mövqe etibarı ilə Türkiyə üçün strateji əhəmiyyətə sahib bir
Ermənistanın başına keçməyə hazırlaşan namizəd kimdir?
Ermənistanın başına keçməyə hazırlaşan namizəd kimdir? - DOSYE
Parlamentdə hakim Respublika Partiyası üzvlərinin sayının ümumi
 
XİA.az - TƏQDİMAT
FAKT