Heydər Əliyev prospektində yeni avtomobil tuneli inşa edilir - VİDEO

Heydər Əliyev prospektində yeni avtomobil tuneli inşa edilir
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək, paytaxt yollarında sıxlığın azaldılması istiqamətinə dövlət başçısının tövsiyyə və tapşırıqlarına əsasən “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Heydər Əliyev prospektində, daha dəqiqi Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tuneli inşa olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən XİA.az-a verilən məlumata əsasən tunelin ümumi uzunluğu 655 metr, qapalı hissəsinin uzunluğu isə 125 metr təşkil edir. Avtomobil tuneli hər biri 4.5 metr eni olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin ümumi eni isə 11.5 təşkil edəcək.
Tinelin inşasında məqsəd günün pik saatlarında "Koroğlu" metrostansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır: Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn və Hava limanı istiqamətində gedən avtonəqliyyat vasitələri “Böyük Şor” yol qovşağında yerləşən körpünün üzərinə qalxaraq oradan dövrə vurub, “Koroğlu” metrostansiyasının qarşısından keçərək düşərək hərəkət edirlər. Bu isə həmin ərazidə müəyyən qədər sıxlığa səbəb olur. Məhz o sıxlığın aradan qaldırılması üçün avtonəqliyyat vasitələrinin “Koroğlu” stansiyasının qarşısına düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə hərəkət edə bilməsi üçün yeni avtomobil tuneli inşa olunur.
Yeni avtomobil tuneli hazır olanda artıq avtomobillər "Koroğlu" metrostansiyasının qarşısından keçmədən birbaşa Ziya Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə və ordan da Bakı Olimpiya Stadionu arxasında yerləşən yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə hərəkət edə biləcəklər.
Avtomobil tuneli texnoloji ardıcıllığa riayət olunmaqla “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə inşa olunur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işlərinin 2018-ci il ərzində yekunlaşması planlaşdırılır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Müdafiə Nazirliyinin BƏYANATI - Düşmən təxribatının qarşısı sərt şəkildə alınacaq
Müdafiə Nazirliyinin BƏYANATI - Düşmən təxribatının qarşısı sərt şəkildə alınacaq
Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin
Dövlət Turizm Agentliyinə sədr təyin edilib
Dövlət Turizm Agentliyinə sədr təyin edilib
XİA.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan
Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olundu
Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olundu
XİA.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün
reklam
Yeni nazir Muxtar Babayev kimdir?
Yeni nazir Muxtar Babayev kimdir? - DOSYE
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən, Muxtar Bahadur
Dövlət Miqrasiya Xidmətinə yeni rəis təyin edildi
Dövlət Miqrasiya Xidmətinə yeni rəis təyin edildi
XİA.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün
Ceyhun Bayramov təhsil naziri təyin olundu
Ceyhun Bayramov təhsil naziri təyin olundu
XİA.az xəbər verir ki, dövlət başçısı bu vəzifəyə hazırda nazir
 
XİA.az - TƏQDİMAT