31 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı

31 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı
Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini də yeni ilin ilk günlərindən uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Ölkə.Az”a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yalnız son 4 gün ərzində güclü təsiredici xüsusiyyətə malik olan, ümumi çəkisi 31 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 7,5 kiloqrama yaxın heroin, 23,5 kiloqramdan çox tiryək aşkarlanaraq dövriyyədən çıxarılıb.

Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əldə etdikləri əməliyyat məlumatları əsasında Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Aydın İbrahimovdan 4 kiloqram 510 qram heroin və 5 kiloqram 525 qram tiryək götürüblər.

Daxil olan digər məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Cəlilabad rayonu ərazisində keçirdikləri tədbirlərlə rayon sakini Tural Ataşovdan 18 kiloqrama yaxın tiryək götürülüb.
Növbəti uğurlu əməliyyat tədbiri Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gerçəkləşdirilib. Əldə edilmiş əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində rayonun Pərdi kəndində yaşayan Oqtay Rufullayevin evinə baxış zamanı oradan 3 kiloqram 118 qram heroin aşkar edilib.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
AŞPA-nın QIŞ SESSİYASINDA
AŞPA-nın QIŞ SESSİYASINDA
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
Uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur
Uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur - VİDEO
Respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların
Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tədbirdə 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi və birliyi
reklam
Poroşenkonun istirahətinə Saakaşvilidən atmaca
Poroşenkonun istirahətinə Saakaşvilidən atmaca
“Mənə Kiyev qarı hər şeydən əzizdir. O, mənə Maldivlərdən də əzizdir.
ABŞ və Türkiyə Afrində üz-üzə
ABŞ və Türkiyə Afrində üz-üzə - Şeytan planı
“Afrin mövqe etibarı ilə Türkiyə üçün strateji əhəmiyyətə sahib bir
Ermənistanın başına keçməyə hazırlaşan namizəd kimdir?
Ermənistanın başına keçməyə hazırlaşan namizəd kimdir? - DOSYE
Parlamentdə hakim Respublika Partiyası üzvlərinin sayının ümumi
 
XİA.az - TƏQDİMAT
FAKT