Xarici mütəxəssislər alpinistlərin itkin düşdüyü ərazidə - FOTO + VİDEO

Xarici mütəxəssislər alpinistlərin itkin düşdüyü ərazidə
Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 5-də davam edib.

XİA.az Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Əməliyyatda Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmuş), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü dəstələr iştirak etmişdir. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri cəlb olunmuşdur.

Eyni zamanda, Azərbaycanda səfərdə olan Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri hadisə rayonunda olmuşlar. Qarşılıqlı fəaliyyət çərçivəsində ölkəmizə gələn xarici mütəxəssislərin səfərinin məqsədi Fövqəladə Hallar Nazirliyinin dağ-xilasedicilərinin bilik və vərdişlərinin, həmçinin peşə qabiliyyətinin artırılması məqsədi ilə təlim məşqləri keçirməkdir. Təlim məşqləri hər il əvvəlcədən nəzərdə tutulmuş plan əsasında həyata keçirilir. Bu gün Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qərara alınmışdır ki, builki məşqlər Quba rayonu ərazisində real şəraitdə aparılsın. Bundan başqa, itkin düşmüş alpinistlərin tapılması istiqamətində aparılan axtarış-xilasetmə işlərində avstriyalı mütəxəssislərin bilik və təcrübələrindən faydalanmaq nəzərdə tutulmuşdur.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində, aparılır. Bu gün havanın günəşli olmasına baxmayaraq, son günlər intensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma təhlükəsi artmışdır. Qar uçqunlarının olduğu yerlərdə qar qatının qalınlığı 8-12 metrə qədərdir. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşmişdir.

Fövqəladə Hallar Nazirliyi Nazirliyin fəaliyyəti, xüsusilə də baş vermiş hadisələrlə bağlı ancaq rəsmi, dəqiqləşdirilmiş məlumatlardan istifadə etməyi tövsiyyə edir.

Qeyd edək ki, əməliyyatın gedişatı barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinin rəsmi internet informasiya portalında (fhn.gov.az) mütəmadi dərc olunur.

Xarici mütəxəssislər alpinistlərin itkin düşdüyü ərazidə
Xarici mütəxəssislər alpinistlərin itkin düşdüyü ərazidə

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
AŞPA-nın QIŞ SESSİYASINDA
AŞPA-nın QIŞ SESSİYASINDA
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
Uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur
Uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur - VİDEO
Respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların
Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tədbirdə 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi və birliyi
reklam
Poroşenkonun istirahətinə Saakaşvilidən atmaca
Poroşenkonun istirahətinə Saakaşvilidən atmaca
“Mənə Kiyev qarı hər şeydən əzizdir. O, mənə Maldivlərdən də əzizdir.
ABŞ və Türkiyə Afrində üz-üzə
ABŞ və Türkiyə Afrində üz-üzə - Şeytan planı
“Afrin mövqe etibarı ilə Türkiyə üçün strateji əhəmiyyətə sahib bir
Ermənistanın başına keçməyə hazırlaşan namizəd kimdir?
Ermənistanın başına keçməyə hazırlaşan namizəd kimdir? - DOSYE
Parlamentdə hakim Respublika Partiyası üzvlərinin sayının ümumi
 
XİA.az - TƏQDİMAT
FAKT