Bakı quş qripi ilə əlaqədar Rusiyadan quş əti idxalına qadağa qoymaq niyyətində deyil

Bakı quş qripi ilə əlaqədar Rusiyadan quş əti idxalına qadağa qoymaq niyyətində deyil
Azərbaycan Rusiyadan quş ətinin idxalını qadağan etmək niyyətində deyil, Ona görə ki, həmin ətlər, bir müddət əvvəl quş qripinin aşkarlandığı Kostrom vilayətindən göndərilmir.

XİA.az bildirir ki, bu barədə RİA Novosti ölkənin kənd təsərrüfatı nazirliyi nəzdində dövlət baytarqlıq xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəliyə istinadən məlumat yayıb.

Dekabrda Kostrom vilayətində yerləşən quşçuluq fabrikində toyuqlarda A qrupu H5 tipindən olan virusun aşkarlanmasından sonra, müəssisədə karantin elan olunmuşdu. Ötən ilin yanvar ayında Moskva və Moskvanın şəhər kənarında quş qripinin ortaya çıxmasından sonra, Azərbaycan Rusiyadan quş idxalına müvəqqəti olaraq qadağa qoymuşdu.

“Azərbaycan quş ətini və məhsullarını quş qripinin aşkarlandığı Kostrom vilayətindən idxal etmir, ona görə də toyuq məhsulların Rusiyadan idxalına qadağa qoyulmasına lüzum görmürük” – deyə baytarlıq xidmətinin rəsmisi bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, quş qripi əksər hallarda simptomları nəzərəçarpmayan, quşlara aid infeksion virusdur. Bəzi hallarda virus “canlı növü baryerini” aşaraq, insanlara və digər canlılara ötürülə bilir, xəstəlik və simptomsuz infeksiyaya səbəb olur.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT