Alpinistlərin itkin düşməsi ilə bağlı cinayət işi açıldı

Alpinistlərin itkin düşməsi ilə bağlı cinayət işi açıldı
Trend-in məlumatına görə, bu barədə Respublika Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, 23 dekabr 2017-ci il tarixdə “Şahdağ” Milli Parkı ərazisində yerləşən “Tufandağ” zirvəsi istiqamətində qalxan “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin itkin düşmələri barədə daxil olmuş məlumat əsasında dekabrın 27-də Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən helikopter cəlb olunmaqla axtarışa başlanılıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, N.Bunyatov, B.Hüseynov və F.Cəbrayılzadə dekabrın 23-də saat 14 radələrində “Tufandağ” zirvəsinə qalxmaq məqsədilə Quba rayonunun Xınalıq kəndindən “Şahdağ” Milli parkının “Xınalıq” keçid məntəqəsinə gələrək zirvə istiqamətində hərəkət edib və naməlum şəraitdə itkin düşüblər.

Hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.

Dağlıq ərazi və əlverişsiz hava şəraitinin çətinliklər yaratmasına baxmayaraq Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Sərhəd Xidməti tərəfindən intensiv axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Müdafiə Nazirliyinin BƏYANATI - Düşmən təxribatının qarşısı sərt şəkildə alınacaq
Müdafiə Nazirliyinin BƏYANATI - Düşmən təxribatının qarşısı sərt şəkildə alınacaq
Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin
Dövlət Turizm Agentliyinə sədr təyin edilib
Dövlət Turizm Agentliyinə sədr təyin edilib
XİA.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan
Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olundu
Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olundu
XİA.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün
reklam
Yeni nazir Muxtar Babayev kimdir?
Yeni nazir Muxtar Babayev kimdir? - DOSYE
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən, Muxtar Bahadur
Dövlət Miqrasiya Xidmətinə yeni rəis təyin edildi
Dövlət Miqrasiya Xidmətinə yeni rəis təyin edildi
XİA.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün
Ceyhun Bayramov təhsil naziri təyin olundu
Ceyhun Bayramov təhsil naziri təyin olundu
XİA.az xəbər verir ki, dövlət başçısı bu vəzifəyə hazırda nazir
 
XİA.az - TƏQDİMAT