Ziya Məmmədovun bacısına vəzifə verildi - Rəsmi

Ziya Məmmədovun bacısına vəzifə verildi
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Bu barədə məlumatı Axar.az-a Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecdən təsdiqləyiblər.

Kollecdən bilidirilib ki, təyinat ötən ilin sonlarında aparılıb:

“Artıq 2 aydır Məhbubə xanım Məmmədova Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsini icra edir”.

Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq “Azpolitika.info” saytı yaymışdı.

Xatırladaq ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova 66 saylı "Tərəqqi" liseyinin rəhbəri idi. M.Məmmədova Təhsil Nazirliyinin işçiləri tərəfindən liseydə aparılan yoxlamalardan sonra işdən kənarlaşdırılmışdı. Onun vəzifəsindən uzaqlaşdırılmasına səbəb kimi Bakı Tikiş Evi tərəfindən tikilən və 40 manata satılan məktəbli formalarını liseyin şagirdlərinə 120 manata satdırdığı barədə şikayətlərin olduğu göstərilirdi.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Suriyadan şok açıqlama:
Suriyadan şok açıqlama: - Türkiyəni dərhal vuracağıq
Nazir müavini həmçinin türk qırıcılarının Suriyada əməliyyata başlayacağı
İlham Əliyev 6 sərəncam, 1 fərman imzaladı
İlham Əliyev 6 sərəncam, 1 fərman imzaladı
Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100
Nazarbayev Trampla Putin arasında vasitəçilik edir?
Nazarbayev Trampla Putin arasında vasitəçilik edir?
Qazaxıstan prezidentinin ABŞ-a səfəri əsnasında Vaşinqton-Moskva
reklam
Neft yenidən bahalaşdı
Neft yenidən bahalaşdı
“Brent” markalı neftin 1 barrelinin dəyəri isə 0,21 dollar və ya 0,30%
Ermənilər  mövqelərimizi 126 dəfə atəşə tutub
Ermənilər mövqelərimizi 126 dəfə atəşə tutub
Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan
 
XİA.az - TƏQDİMAT
FAKT