Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib
Qanunsuz yolla əldə edilmiş meşə materialının daşınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat əsasında 12 fevral 2018-ci il tarixində Cəlilabad, Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisələri, 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi və Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə operativ reyd keçirilib.
Reyd zamanı Masallı və Cəlilabad rayonları ərazisində Lənkəran rayon Narbağı kənd sakini Rahim Həsənova məxsus “Shacman” markalı 99-JG-435 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində gizlətmək məqsədilə üzəri qumla örtülən, qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib. Saxlanılan yük maşını Cəlilabad rayon Polis Şöbəsinə gətirilib. Meşə materialının Lerik rayonundan gətirilməsi ehtimal olunur və hazırda tədqiqat aparılır.
Təəssüflə qeyd edirik ki, mütəmadi olaraq aparılan qabaqlayıcı tədbirlərə baxmayaraq gizli və oğurluq yollarla əldə edilmiş meşə materiallarının daşınması halları baş verir. Bu cür halların qarşısını almaq məqsədilə respublika ərazisində reydlər davam etdirilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Turizm sektoru nümayəndələri miqrasiya sahəsində məlumatlandırılıblar
Turizm sektoru nümayəndələri miqrasiya sahəsində məlumatlandırılıblar
Yay turizm mövsümünün başlanması ərəfəsində Dövlət Miqrasiya Xidmətinin
Dövlət Miqrasiya Xidmətinin rəisi İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Xidmətin inzibati
Türkiyənin daha 3 vilayətində neft tapıldı
Türkiyənin daha 3 vilayətində neft tapıldı
Məlumata əsasən, neft Türkiyənin cənub-şərqindəki Mardin, Şırnak və Bitlis
reklam
DİM sədri:
DİM sədri: - Abituriyentlərin intihar etməsi bizə aid məsələ deyil
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə
Nazarbayev:
Nazarbayev: - Heydər Əliyev MDB-nin təşəkkülündə böyük rol oynayıb
Azərbaycanın ümummilli lideri Heydər Əliyev Azərbaycanla Qazaxıstan
Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir
Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilir
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, uzun müddət
 
XİA.az - TƏQDİMAT