Təltif olunan AAYDA-nin əməkdaşlarına mükafatları təqdim olundu

Təltif olunan AAYDA-nin əməkdaşlarına mükafatları təqdim olundu
Azərbaycan prezidentinin sərəncamları ilə "Əməkdar mühəndis” fəxri adı almış və "Tərəqqi” medalına layiq görülmüş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov təltif olunmuş əməkdaşları təbrik edərək bildirib ki, son illər yol infrastrukturu sektoru yeni inkişaf dövrünə qədəm qoyub, əhalinin gediş-gəlişinin, yük və sərnişin daşımasının yaxşılaşdırılmasına hesablanmış yol infrastrukturu layihələrinin icrasında avtomobil yolları işçilərinin böyük xidmətləri olub.

S.Məmmədov qeyd edib ki, hər il peşə bayramı ərəfəsində bir qrup yol təsərrüfatı işçisi fəxri adlar və medallarla təltif olunur. Prezident İlham Əliyevin fevral ayının 21-də imzaladığı sərəncamlarla Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Dövlət Agentliyinin 1 əməkdaşı "Əməkdar mühəndis” fəxri adına layiq görülüb, 19 əməkdaşı isə "Tərəqqi” medalı ilə təltif olunub:

"Ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurların təməlində heç şübhəsiz Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən uğurlu xarici və daxili siyasət dayanır. Peşə bayramının təsis edilməsi və bayram ərəfəsində həmkarlarımızın bir qrupunun mükafatlandırılması ölkə başçısının yol təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət, bu sahənin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Əminəm ki, yol təsərrüfatı işçiləri də ölkə rəhbərinin sonsuz diqqət və qayğısına cavab olaraq ölkəmizin avtomobil yolları şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm və məqsədyönlü tədbirlərin həyata keçirilməsində bundan sonra da fəal iştirak edərək, onlara göstərilən etimadı doğruldacaqlar”.

Təqdimetmə mərasiminin sonunda Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə təltif olunmuş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarına "Əməkdar mühəndis” fəxri adının vəsiqəsi və "Tərəqqi” medalları təqdim olunub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Vaqif Vəliyev: Prezidentin diqqət və qayğısı teatr işçilərini yaradıcılığa daha da ruhlandırır
Vaqif Vəliyev: Prezidentin diqqət və qayğısı teatr işçilərini yaradıcılığa daha da ruhlandırır
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın martın 1-də
Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi uğurla davam edir
Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi uğurla davam edir
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Koçaryan: “Əliyev Paşinyanı asanlıqla məğlub etdi”
Koçaryan: “Əliyev Paşinyanı asanlıqla məğlub etdi”
Müsahibəsi zamanı Koçaryan Nikol Paşinyan hökumətinin Dağlıq Qarabağ
reklam
Azərbaycan və İtaliya önəmli tərəfdaşlardır
Azərbaycan və İtaliya önəmli tərəfdaşlardır
Martın 4-də Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə
Prezident Gəncəyə 11 milyon manat ayırdı
Prezident Gəncəyə 11 milyon manat ayırdı
Prezident İlham Əliyev “Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam
 
XİA.az - TƏQDİMAT