10 mart Qızıl Aypara Günüdür

10 mart Qızıl Aypara Günüdür

Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci il martın 10-da təsis edilib. Milli Cəmiyyətin yaradılmasının təşəbbüskarı Azərbaycan Demokratik Cümhuriyyətinin hərbiyyə (müdafiə) naziri əvəzi, məşhur tarixi şəxsiyyət, general-leytenant Əliağa Şıxlinski olub.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti sovet hakimiyyəti illərində Ümumittifaq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin üzvü kimi humanitar fəaliyyətini davam etdirib.

AZƏRTAC xəbər verir ki, 1992-ci ildə Xocalı soyqırımından dərhal sonra Beynəlxalq Qızıl Xaç Komitəsi mandatına uyğun olaraq ölkəmizə gələrək nümayəndəliyini yaradıb. Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə tərəfdaş qismində humanitar fəaliyyətlər həyata keçirməyə başlayıb. 1992-1995-ci illər ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsi ilə 600-dək Azərbaycan vətəndaşı erməni əsirliyindən azad edərək geri qaytarılıb. İran və Türkiyə Milli Qızıl Aypara Cəmiyyətləri yüz minlərlə qaçqın və məcburi köçkün üçün çadır şəhərcikləri yaradaraq onların gündəlik tələbatlarını ödəyib. 1994-cü ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası ölkəmizdə nümayəndəlik yaradaraq bütün qaçqın və məcburi köçkün şəhərciklərinin idarə və təmin edilməsini öz üzərinə götürüb. Şübhəsiz ki, bu sahədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də böyük rolu olub.

1994-cü ilin noyabrında Milli Məclisin qərarına əsasən Milli Qızıl Aypara Cəmiyyəti ölkə ərazisində fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına aid olan yeganə rəsmi humanitar qurum kimi tanınıb. Həmin qərardan sonra Milli Qızıl Aypara Cəmiyyəti əvvəlcə 1995-ci il noyabrın 1-də Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən rəsmən tanınaraq həmin ayın 27-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin bərabərhüquqlu üzvü seçilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2008-ci il tarixli Sərəncamı ilə hər il martın 10-u ölkəmizdə Qızıl Aypara Günü kimi qeyd edilir.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı şəhərində yerləşən baş qərargahdan, gənclər komitəsindən, 7 regional mərkəzdən, Naxçıvan Muxtar Respublikası Komitəsindən, 83 rayon bölməsi və iri dövlət müəssisələrində və təhsil ocaqlarında fəaliyyət göstərən bölmələrdən ibarətdir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT