Mətbuat Şurasının sədri: - Seçki günü İnterAz-ın müxbirinin şikayəti təmin olunub

Mətbuat Şurasının sədri:
Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurası Prezident seçkiləri ilə bağlı hesabatını təqdim edib

Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabatda kütləvi informasiya vasitələrinin seçkiləri işıqlandırmasında qanunvericiliyin tələblərini yerinə yetirmələri barədə məlumatların əks olunduğunu bildirib.
"Ümumilikdə seçkilərin monitorinqi göstərdi ki, KİV-də təşviqat prosesində namizədlərə qarşı etikadan kənar hal müşahidə edilməyib. Təhqir, böhtan, aşağılayıcı motivlərə rast gəlinməyib. KİV təşviqat prosesində namizədlərə qarşı tərəfsizliyi qoruyub. Düzdür, biz sosial şəbəkədə monitorinq aparmamışıq, ancaq redaksiya əməkdaşları sosial şəbəkədəki hesablarında hazırladıqları məlumatları paylaşırlar. Həmin yazılara verilən şərhlərdə KİV normalarının pozulmasına rast gəlinib. Lakin biz bunu redaksiyalara aid etməmişik. Çünki bu şərhlər onların fəaliyyətinə aid deyil. Seçki prosesi müddətində KİV-də 1051 təşviqat xarakterli material yayımlanıb. Ümumilikdə KİV seçki prosesini peşəkar səviyədə işıqlandırıb”, - MŞ sədri qeyd edib.

Ə.Amaşov bildirib ki, seçki günü KİV Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində işləyib.

"Mətbuat Şurasının seçki günü "Qaynat xətt”i aktiv şəkildə çalışıb. Yalnız İnteraz TV-nin müxbirindən şikayət daxil olub. Həmin problem də həll edilib. Mətbuat Şurasının əməkdaşları da seçki məntəqələrində olub, prosesi izləyiblər. Əməkdaşlarımızın olduğu məntəqələrdə seçici fəallığı müşahidə edilib”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu gün 42 dərəcə isti olacaq
Bu gün 42 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi
Düşmən atəşkəsi 101 dəfə pozub
Düşmən atəşkəsi 101 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Bakı-Ələt magistral yolunda baş verən dəhşətli qəza yük maşını sürücüsünün
reklam
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Bu barədə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri
6 ayda 240 mindən çox it peyvənd olunub
6 ayda 240 mindən çox it peyvənd olunub
Bu il yanvarın əvvəllərindən etibarən ölkə ərazisində Kənd Təsərrüfatı
 
XİA.az - TƏQDİMAT