Sietlda Azərbaycan Günü elan edilib

Sietlda Azərbaycan Günü elan edilib
ABŞ-ın Vaşinqton ştatının ən böyük yaşayış məntəqəsi olan Sietl şəhərinin meri Cenni Durkan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar bəyannamə imzalayıb.

Bəyannamədə Azərbaycanın 1918-ci ilin mayın 28-də öz müstəqilliyini elan etdiyi və 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına baxmayaraq, Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu bildirilir.

Eyni zamanda, Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin Müsəlman Şərqində ilk dünyəvi parlamentli demokratik respublika olduğu və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı qeyd olunur.

Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyi dövründə irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə və dünyada ABŞ-dan da öncə qadınlara seçki hüququnun verilməsini təmin edib.

Qeyd olunur ki, Sietl şəhərində və dünyanın digər yerlərində yaşayan azərbaycanlılar Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edirlər. Sietl şəhəri Azərbaycan xalqının azadlıq və demokratiya uğrunda apardığı mübarizəni qeyd etməyə çağırır və ən xoş arzularını bildirir.

Sietl şəhərinin administrasiyasi burada yaşayan Azərbaycan icmasını dəyərləndirdiyini və Azərbaycanın irsi və tarixinin qeyd olunmasını dəstəklədiyini vurğulayır.

Qeyd etmək istərdik ki, bəyannamə Sietl şəhərinin meri tərəfindən orada yaşayan Azərbaycan icması və Vaşinqton Universitetinin azərbaycanlı tələbələrinin dəstəyi nəticəsində təqdim olunub. (AZƏRTAC)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bayıl yamacında vəziyyət ktirikləşir
Bayıl yamacında vəziyyət ktirikləşir
Bayıl qəsəbəsi, Buxta 9 küçəsində təhlükəli vəziyyət davam edir. Sürüşmə
Yol polisini kameraya çəkən sürücülər həbs olunacaq
Yol polisini kameraya çəkən sürücülər həbs olunacaq - RƏSMİ XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti
Azərbaycan ordusu möhtəşəm hərbi parada hazırlaşır
Azərbaycan ordusu möhtəşəm hərbi parada hazırlaşır
Düşmənə sanballı güc nümayişi olacaq paradda bütün növlərdən yeni silahlar
reklam
Özünü MTN işçisi kimi təqdim edən şəxs polisi şantaj edərkən həbs olundu - Təfərrüat
Özünü MTN işçisi kimi təqdim edən şəxs polisi şantaj edərkən həbs olundu - Təfərrüat
Bakıda bir neçə vətəndaşa qarşı işə düzəltmək adı ilə dələduzluq etməkdə
Bakının qızıl fürsəti - Ağ Evin seçimi
Bakının qızıl fürsəti - Ağ Evin seçimi
Tramp ABŞ-a birinci kimi dəvət edəcək – prezident İlham Əliyevi, yoxsa
Cavanşir Feyziyev özünümüdafiəyə başlayıb?
Cavanşir Feyziyev özünümüdafiəyə başlayıb? - “Dərman mafiyası işi”
Son günlərin əsas mövzusu olan "Dərman mafiyası işi” ilə bağlı yeni
 
XİA.az - TƏQDİMAT