Hacıqabul gölünə su gəldi - QURUMAQ TƏHLÜKƏSİ AZALACAQ

Hacıqabul gölünə su gəldi













Uzun zaman idi ki, Azərbaycanın ən böyük gölü olan Hacıqabul gölü qurumağa məruz qalmışdı.

Gölün quruması ərazinin ekosisteminə ciddi ziyan vurmaqla yanaşı, ətraf ərazidə əsrlərlə mövcud olan flora və faunanın məhvinə səbəb olurdu. Sovetlər dövründən mövcud olan ekoloji və iqtisadi infrastruktur pozulurdu. Ekoloji balansın pozulması nəticəsində göldən qalxan üfunət əhali üçün diskomfort yaratmaqda davam edirdi. Hacıqabul gölü ətrafında 50-dən çox nadir quş növləri məskunlaşmışdı ki, onlardan 10-a yaxınının adı “Qırmızı kitab”a düşmüşdü. Göldə müxtəlif növ balıq ehtiyatları mövcud idi. Ovlanan balıqlar Hacıqabul balıq vətəgəsində emal olunaraq satışa çıxarılırdı. Burada avarçəkmə və üzgüçülük təlim bazaları mövcud idi. Zəngin yem ehtiyatları köçəri quşların burada qışlamasına şərait yaradırdı. Bu baxımdan köçəri quşların miqrasiyası göldən keçən trayektoriya üzrə baş verirdi. Göl həm də beynəlxalq ramsar tipli su-bataqlıq hövzəsi kimi reyestrə aid edilmişdi.

Sevindirici haldır ki, bir müddət əvvəl tikintisinə start verilən suvarma kanalının inşası nəticəsində göl istiqamətində quraşdırılan şlüzün hesabına Kür çayından vurulan su ilə gölə su buraxılıb. Əlbəttə, əvvəllər mövcud olmuş təbii vəziyyətin yaranması üçün bir müddət vaxt tələb olunacaq. Bu uzun vaxt da çəkə bilər tez də baş verə bilər. Amma artıq müxtəlif növ quşların suda üzməsinin şahidi oluruq. Bir vaxtlar burada çəhrayı flaminqolar, nadir ördək növləri gözə dəyirdi. Gölə suyun vurulmasının davamlı olmasını ən çox ətraf ərazidə yaşayan insanlar arzulayır. Üstəlik, göldə təbii şəraitin yaranması ekoturizm və balıq ovu turizmi üçün əlverişli mühit və təbii şərait yaradır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT