Akif Çovdarov nə bəraət aldı, nə mülklərini - generala yeni şok

Akif Çovdarov nə bəraət aldı, nə mülklərini
















“Nazirlikdə işləyən dövrdə dövlət tərəfindən bir ev verilib” deyən sabiq MTN generalının əmlakları üzərindəki həbs götürülmədi

Bakı Apelyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. İlk prosesdə Çovdarovun vəkili Kamandar Nəsibov vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini istəyib: “Burda bəzi məsələlər var ki, dövlət sirri təşkil edir. Ona görə də kənar şəxslər zaldan çıxarılsın”. Çovdarov da vəsatətin təmin olunmasını istədikdən sonra vəsatət təmin olundu və apelyasiya şikayətinə baxış da qapalı keçirildi.

Musavat.com xəbər verir ki, mayın 29-da hakim Faiq Qasımovun sədrliyi ilə qapalı keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, A.Çovdarov və digərlərinin apelyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, A.Çovdarov prosesə həkim müşahidəsində gətirilirdi. Son prosesdə çıxış edən Çovdarov barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi. Daha sonra dövlət ittihamçısı çıxış edərək apelyasiya şikayətlərinin qüvvədə saxlanılmasını tələb edib.

Çovdarovun oğlu Ruslan, qızları Aidə Qasımova, Günay Əmircanova və yoldaşı İbadət Çovdarova məhkəməyə müraciət edərək əmlaklarının üzərindən həbsi götürmək istəyirdilər.

Yada salaq ki, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub. A.Çovdarov hələ ilk məhkəmə prosesində üzərinə həbs qoyulmuş əmlaklarla bağlı ifadə vermişdi.

A.Çovdarov qeyd edib ki, ittihamda göstərilən əmlakların əksəriyyəti ona məxsusdur: “Əmlaklarımın hamısının sənədi var. Həmin əmlakların bəzisi övladlarım və kürəkənlərimə məxsusdur. Yaşadığım evin torpağını 2000-ci ildə almışam. Həmin vaxt MTN-də işləmirdim. Novxanıda yerləşən bağımın torpağını da 2000-ci ildə almışam. Çünki o dövrdə Mərdəkanda olan torpağımı satıb onu almışam. Nazirlikdə işləyən dövrdə xidmətimlə əlaqədar dövlət tərəfindən bir ev verilib. O da icra hakimiyyətinin sərəncamına əsasən verilib. Kürəkənlərim isə əmlakı özləri alıb”.

İstintaq dövründə yayılmış rəsmi məlumatlarda Çovdarovun Bakının Nəsimi, Səbayel, Binəqədi, Xətai, Nərimanov, Nizami, Yasamal, Sabunçu, habelə Qəbələ, Kürdəmir, Xızı, Abşeron, Şamaxı rayonlarında mülkləri və torpaq sahələri üzə çıxmışdı. Məsələn, Xızı rayonunun Qızılqazma kəndində yerləşən 2 hektar torpaq sahəsi (dəyəri 400.000 manat), Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 2 ədəd 0,075 hektar torpaq sahələri (hər birinin dəyəri 15.000 manat), Şamaxı rayonunun Nağaraxana kəndində dəyəri 750.000 manat olan mülk, Kürdəmir rayonunun Yeni Şıxımlı kəndində yerləşən 2,5 hektar torpaq sahəsi (dəyəri 1.800 manat), Kürdəmir rayonunun Qurdbayram kəndində yerləşən 100 hektar torpaq sahəsi (dəyəri 60.000 manat) və sair...

A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslərin bir qismi apelyasiya şikayəti verib.

ORXAN,
“Yeni Müsavat”

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT