Vaqif Əsədovdan xəbərdarlıq: - 50 manatdan 300 manata qədər cərimə

Vaqif Əsədovdan xəbərdarlıq:
"Bakıda texniki baxışdan keçməyən minik avtomobilləri ilə bağlı reydlərə başlanılıb".

XİA.az xəbər verir ki, bunu Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, avtomobillərin müəyyən hissəsinin ilin əvvəlindən mayın 1-ə qədər nəzərdə tutulan vaxt ərzində texniki baxışdan keçməməsi ciddi narazılıq doğurur: "Bu baxımdan bugündən etibarən yol polisi tərəfindən saxlanılan nəqliyyat vasitəsinin texniki baxışdan keçməməsi aşkarlanarsa, inzibati qaydada protokol tərtib ediləcək. Bir daha xatırladırıq, texniki baxışdan təyin edilmiş müddət ərzində keçməməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir. Avtomobillərin texniki baxışı Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzində həyata keçirilir”.

V.Əsədov yük avtomobillərinə və avtobuslara da texniki baxışdan keçməyi tövsiyə edib: "Yük avtomobilləri və avtobuslar texniki baxışdan keçmək üçün təqdim edilməlidir. Texniki baxışın noyabr ayının 1-ə qədər keçirilməsi nəzərdə tutulur. Onlar da texniki baxışdan keçməni təmin etməlidirlər, əks halda qanunvericilikdə göstərilən tədbirlər həyata keçiriləcək”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT