Sərhəddə əməliyyat: Banqladeş vətəndaşları saxlanıldı

Sərhəddə əməliyyat: Banqladeş vətəndaşları saxlanıldı
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd mühafizə tədbirləri uğurla davam etdirilir.

2018-ci ilin 25 may tarixində DSX hərbi qulluqçuları tərəfindən DİN əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat təd­birləri nəticəsində İmişli rayonu ərazisində Cəbrayıl rayonunun məc­buri köçkünlərinin məskunlaşdığı 6 nömrəli qəsəbədə İran İslam Res­pub­likasından Azərbaycan Republikası istiqamətində dövlət sər­hə­dini pozmuş İİR vətəndaşı 1987-ci il təvəllüdlü Əhmədli Vəhid Hey­dər oğlu saxlanılmışdır.

Sərhəd pozucusunun dindirilməsi nəticəsində onun Azərbaycan Res­publikası ərazisinə rəsmi yolla gəlmiş 5 nəfər Banqladeş vətən­daşına bələd­çi­lik edərək İİR ərazisinə qanunsuz keçirmək niyyəti ilə dövlət sər­hədini pozması müəyyən edilmişdir. Tə­xirə­salın­maz əməliy­yat-axtarış tədbirləri nəticəsində Banqladeş vətən­daşları – 1993-cü il təvəl­lüdlü Mahammad Calal Ud­din, 1994-cü il tə­vəl­lüdlü Axmed Ma­lik Minbarali, 1995-ci il tə­vəllüdlü Min­haj Uddin Cabed, 1998-ci il təvəl­lüdlü Abdul Kazim Tolukber, 1999-cu il tə­vəl­lüdlü Mahammad Ebad Mo­zumber şübhəli şəxs qis­min­də saxla­nıl­mış­lar.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­ləri həyata keçirilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT