Bakıda hektarlarla torpaq alan vəzifəli şəxs: “800 min manata…”

Bakıda hektarlarla torpaq alan vəzifəli şəxs: “800 min manata…”
Torpaq satmaq adı ilə külli miqdarda vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təsdirləndirilən Vəsait Məlikov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində sabiq Dövlət Bayrağı Meydanın rəisi Rəşad Məmmədov dindirilib.
O deyib ki, Vəsaiti torpaq alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıyıb: “2008-2009-cu illərdə qaynım və atam torpaq alırdı. Həmin vaxtı Vəsaiti tanımışıq. 10 hektara yaxın torpaq aldıq. Ofisə gəlib gedirdi. İki torpaq sahəsini bizə təklif edirdi, biz də aldıq. Sənədləşmə işləri də Vəsaitin üstündə idi. Sonradan bildik ki, torpağın sənədləri düz deyil. O vaxt həmin torpaq mənim qaynım Azər Əsgərov, atam və Rafiq arasında bölünmüşdü. Ümumlikdə 800 min manata yaxın pul verilmişdi”.

Təqsirləndirilən şəxs bildirib ki, həmin torpağı satıb və hasarlatdırıb: “45 min manat verib hasar çəkdirdim. Rəşadın 123 min manat borcu vardı. Demişdi ki, sənədləşməni həll et, pulu alacaqsan”.

Rəşad Məmmədov ifadəsini davam etdirək qeyd edib ki, həmin vaxt başı qarışıq olduğu üçün bu məsələlərlə çox maraqlana bilməyib: “İşlər qarışığa düşdü. Üstündən 3-4 il keçdi. Sonra Vəsait məndən şikayət etdi ki, pulunu verməmişəm. İş araşdırıldı, məlum oldu ki, onun mənə böyük miqdarda borcu var”.

Təsirləndirikən Vəsait Məlikov pulu qaytaracağını deyib: “Lazımdırsa günü sabah pulu qaytarım. Problem yoxdur”.

Zərərçəkən şəxsin nümayəndəsi Kamandar Nəsibov təqsirləndirilən şəxsdən 350 min dollar ödənməsini tələb edib.

Proses iyunun 5-də davam edəcək.

Qeyd edək ki, Vəsait Məlikov bir neçə şəxsə torpaq alıb-satmaq adı ilı ümumulikdə 800 min manatlıq dələduzluq edib.

Zərərçəkmişlərin şikayəti əsasında saxlanan Vəsait Məlikova Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə zərərçəkənlər arasında Dövlət Bayrağı Meydanının keçmiş rəisi Rəşad Məmmədovun qaynı – “Azinport” MMC-nin rəhbəri Azər Əsgərov da var. Rəşad Məmmədovun atasının da adı bu işdə keçsə də, istintaq onu zərərçəkmiş kimi tanımayıb.

Onu da qeyd edək ki, Rəşad Məmmədov 2015-ci ildə MTN tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilən R.Məmmədov istintaq dövrünü həbsdə keçirdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb.

Bundan başqa Azər Əsgərovun adı “MTN işi”ndə keçib. General Sü ahir Qurbanov və digərlərinin cinayət işi üzrə ittiham aktında qeyd edilib ki, nazir Eldar Mahmudovun göstərişinə əsasən, Sübahir Qurbanov “Azimport” MMC-nin rəhbəri Azər Əsgərovu onun barəsində cinayət işi başlanacağı ilə hədələyib. A.Əsgərova təzyiq göstərilərək R.Məmmədovun həmin tikinti şirkətinin qeyri-rəsmi sahibi olması barədə sənəd yazması istənilib. Sabiq milli təhlükəsizlik naziri və S.Qurbanovun məqsədi isə “Azimport” MMC-nin əmlakını ələ keçirmək olub. Daha sonra MTN əməkdaşları MMC-də qeyri-qanuni axtarışlar aparıb və həmin zaman şirkətdən sənədlər və pullar götürüblər. Eyni zamanda, A.Əsgərov MTN əməkdaşları tərəfindən zorla nazirliyə aparılıb, ona sutkalarla əziyyət verilərək dindirilib və hədə-qorxu gəlinib. Həmçinin, A.Əsgərovun ölkədən çıxışına nazirlik tərəfindən qadağa qoyulub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT