Anomal istilər davam edəcək

Anomal istilər davam edəcək
Bakıda və Abşeron yarımadasında iyunun 30-da hava şəraitinin günəşli olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 35-40, Bakıda gecə 24-26, gündüz 38-40 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı - 752 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində iyunun 30-da (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, Türkan, Hövsan, Sahil, Şıx çimərliklərində isə 27-28 dərəcə isti təşkil edəcək.

Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Anomal isti hava şəraiti ilə bağlı saat 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

Azərbaycanın rayonlarında iyunun 30-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 37-42, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

İyulun 2-dək Abşeron yarımadasında anomal isti və durğun hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Ölkə ərazisində müşahidə olunan anomal isti hava şəraiti iyulun 4-dək davam edəcək. Havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə 43, dağlıq rayonlarda 28-33 dərəcə isti təşkil edəcək.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Abbas Bağırov köməkçisini bağışladı
Abbas Bağırov köməkçisini bağışladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən
Canavarlar kəndlərə hücum edir
Canavarlar kəndlərə hücum edir - Nazirlik hərəkətə keçdi
oranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərinə canavarların hücum
Martdan Azərbaycanda minimal pensiya 160 manat olacaq
Martdan Azərbaycanda minimal pensiya 160 manat olacaq
“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi parlamentin bu
reklam
Sinoptiklər şaxtalı hava vəd edirlər
Sinoptiklər şaxtalı hava vəd edirlər
Fevralın 20-də Bakı və Abşeron yarımadasında yağıntının səhər tədricən
İlham Əliyev çoxmənzilli binalarla bağlı fərman imzaladı
İlham Əliyev çoxmənzilli binalarla bağlı fərman imzaladı
Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə
Bakıda silah gəzdirən Masallı sakini tutuldu
Bakıda silah gəzdirən Masallı sakini tutuldu - FOTO
Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşları tərəfindən
 
XİA.az - TƏQDİMAT