Minayə Allahverdiyeva - "Beynəlxalq Xəstəxanada həyat yoldaşımın cəsədini verməyərək pulun ödənilməsini istəyirdilər"

Minayə Allahverdiyeva

Xəbər verdiyimiz kimi Gəncə şəhərində yolnan gedən vətəndaşın başına aqlayı düşüb və onu Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdiriblər. Xəstə xəstəxanaya yerləşdirildikdən sonra onun oğlundan əməliiay üçün pul tələb olunub. Oğlu isə ödəyəcəyini bildirib.


Minayə Allahverdiyevanın sözlərinə görə bədbəxt hadisə nəticəsində xəsarət alan həyat yoldaşı Asəf Əzizovu ilk öncə Gəncə TTYX-na aparıblar. Oradakı həkimlər bildiriblər ki, onlarda beyin əməliyyatı aparılması mümkün deyil və xəstəni Gəncə Beynəlxalq Xəstəxanasına göndəriblər. Burada mərhum beynindən əməliyyat olub və bu əməliyyata görə pulun bir qismi ödənilib. Əməliyyatdan çıxan həkim məlumat verib ki, əmməliyyat çox uğurlu keçib, yaxın günlərdə xəstə tam sağalaraq evə buraxılacaq.
Mərhumun yaxınlarının sözlərinə görə onlar bu xəstəxanada xəstələrini saxlamağa maddi gücləri çatmayıb və şəhər İH-dən kömək istəyiblər. Və xəstə Gəncədə dövlət xəstəxanalarının birinə köçürülməsinə qərar veriblər. Xəstəni Beynəlxalq Xəstəxanadan çıxartmaq istəyərkən həkimlər onun ağırlaşdığını deyiblər və bir saat sonra isə xəstənin ölməsi barədə qoğluna məlumat verilib.

Xəstə yaxınları bildirirlər ki, bir neçə gün ərzində xəstəyə süni nəfəs verilib ki, onlardan pulu alsınlar. Əslində xəstə elə bir xəsarət alıb ki, onun sağalması mümkün deyilmiş. Ancaq bu həkilmlər xəstəxanaya pul ödətdirmək üçün xəstə sahiblərini bir neçə gün aldadıblar.

M.Allahverdiyeva digər bir sayta müsahibəsində bildirib ki, onlar xəstəxanadan meyidlərinidə götürə bilməyiblər. ASxşam saatlarında dünyasını dəyişən mərhumun meyidi sərər saat 11-dək saxlanılıb. Sonra müəyyən razılaşma əsasında meyid sahiblərinə verilib.

Görəsən Gəncə Beynəlxalq Xəstəxanası nədən meyidi girov saxlayıb?
M.Allahverdiyeva deyir ki, onlar əməliyyatın pulunun bir qisminin ödəyiblər. Birazda borcları qalıb. Bu səbəbdəndə xəstəxana meyidi verməkdən imtina edib. M.Allahverdiyeva: - Əslində mənim həyat yoldaşım həmin gündən sağalmsı mümkün olmayan dərəcədə xəsarət alıb. Ancaq Gəncə Beynəlxalq Xəstəxanasının həkimləri bizi aldatdılar. Bizə pul ödətdirmək üçün hər gün yalan danışdılar. Dedilər vəziyyəti yaxşıdı. Maddi imkanımız çatmadığı üçün xəstəni dövlət xəstəxanasına aparmaq istədik, həkimlər o dəqiqə dedilər xəstənin vəziyyəti pisləşdi. 2 saat sonrada rəhmətə getdi. Bu necə olur, bəs deyirdilər yaxşıdı. Bunlar bizi aldadırdılar ki, biz xəstəni müəyyən qəsər orda saxlayaq və onlara pul ödəyək. Onsuzda xəstə sağalan deyildi və süni şəkildə saxlayırdılar.

Mövzuya qaıdacağıq.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT