Azərbaycan və Latviya Ədliyyə nazirlikləri səmərəli əməkdaşlıq edir

Azərbaycan və Latviya Ədliyyə nazirlikləri səmərəli əməkdaşlıq edir
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatlar çərçivəsində qabaqcıl xarici təcrübələrin öyrənilməsinə, beynəlxalq əlaqələrin inkişafına böyük önəm verilərək xarici ölkələrin, o cümlədən Avropa İttifaqı dövlətlərinin ədliyyə qurumları ilə səmərəli əməkdaşlıq həyata keçirilir. 2017-ci ildə Azərbaycan və Latviya Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bu sahədə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə böyük təkan verib.

Memorandumun implementasiyası çərçivəsində ötən bir il ərzində iki ölkənin Ədliyyə nazirliklərinin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri həyata keçirilib, birgə tədris tədbirləri təşkil olunub, müsbət təcrübələrin mübadiləsi aparılıb.

Əməkdaşlığın davamı olaraq Latviyanın ədliyyə naziri Dzintars Rasnaçs rəhbərlik etdiyi nümayəndə heyəti ilə sentyabrın 13-də Azərbaycana səfərə gəlib.

Səfər zamanı latviyalı nazir Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək Əbədi məşəl abidəsi önünə əklil qoyub.

Sonra Ədliyyə Nazirliyində respublikamızın ədliyyə naziri Fikrət Məmmədovun və Latviyanın ədliyyə naziri Dzintars Rasnaçsın görüşü keçirilib.

Bu il 100 illiyi qeyd olunan dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasında dövlət başçılarının xüsusi rolunu vurğulayan nazir F.Məmmədov dostluq və əməkdaşlıq əlaqələrinin, o cümlədən hüquqi sahədə səmərəli qarşılıqlı fəaliyyətin inkişafından məmnunluğunu ifadə edib, hazırkı səfərin əlaqələrin genişləndirilməsinə əlavə təkan verəcəyini bildirib.

Azərbaycana səfər etməsindən məmnunluğunu bildirən latviyalı nazir ölkələrimizin müxtəlif istiqamətlərdə, həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində səmərəli əməkdaşlıq etdiyini vurğulayıb, həyata keçirilən ikitərəfli qarşılıqlı səfərlərin ədliyyə və məhkəmə sahəsində yaxşı təcrübələrin öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib. D.Rasnaçs Ədliyyə nazirlikləri arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı bu ilin noyabrında hər iki dövlətin Ədliyyə nazirliklərinin yaranmasının 100 illiyinin qeyd olunacağı bildirilərək ədliyyə tarixinə, keçdiyi inkişaf yoluna nəzər salınıb, dövlətin hüquq siyasətinin həyata keçirilməsində mühüm rolu vurğulanıb.

Görüşdə ədliyyə və məhkəmə sahəsində aparılan islahatlar və yeniliklərdən bəhrələnmək imkanları müzakirə olunub, məhkəmə sisteminin təkmilləşdirilməsi, mediasiya və probasiya institutlarının tətbiqi, məhkəmə ekspertizası sahəsində faydalı fikir və təcrübə mübadiləsi aparılıb. Qonaqların diqqəti həmçinin, Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsinin acı nəticələrinə, Ermənistanın torpaqlarımıza qarşı davam edən hərbi təcavüzü və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edilib.

Tədbirdə hər iki dövlətin səfirləri Cavanşir Axundov və Yuris Maklakovs iştirak ediblər.

Səfər çərçivəsində Latviya nümayəndə heyətinin, ədliyyə sahəsində göstərilən elektron xidmətlər, qeydiyyat və notariat fəaliyyəti, nazirliyin informasiya resursları, həmçinin bölgələrdə yerli və regional ədliyyə qurumlarının fəaliyyəti, müasir məhkəmə infrastrukturu və informasiya texnologiyalarının tətbiqi, eləcə də Azərbaycan brendi olan və ədliyyənin də geniş xidmətlər göstərdiyi "ASAN xidmət" mərkəzinin vətəndaş məmnunluğunu təmin edən fəaliyyəti ilə tanışlığı nəzərdə tutulur.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17
Dövlət Miqrasiya Xidmətində təlim
Dövlət Miqrasiya Xidmətində təlim
Təlim miqrasiya orqanları işçilərinin peşəkarlıq səviyyəsinin
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və
reklam
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviya Respublikasının ədliyyə naziri Dzintars Rasnaçsın başçılıq etdiyi
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
 
XİA.az - TƏQDİMAT