Dövlət Gömrük Komitəsinin mayoru işdən çıxarıldı

Dövlət Gömrük Komitəsinin mayoru işdən çıxarıldı
Dövlət Gömrük Komitəsinin (DGK) mayoru Ayaz Cəfərəliyev rüşvətə görə vəzifəsindən azad edilib.

XİA.az Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Baş Gömrük İdarəsi "İpək yolu" gömrük postuna təhkim olunan Baş Gömrük Mühafizə Xidmətinin "Şimal" gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu "İpək yolu" gömrük postunun 6-cı anbarında xidmət aparan zaman qulluq mövqeyindən sui-istifadə edərək "S3 Safety" MMC-nin ünvanına daxil olan yük nəqliyyat vasitəsinə baxış keçirdiyi üçün həmin şirkətin nümayəndəsi Rəhimov Rəşad İbrahim oğlundan 100 manat məbləğində qeyri-qanuni pul vəsaiti istəyib, Rəhimov Rəşad İbrahim oğlu da ona qeyri-qanuni olaraq 100 manat məbləğində vəsaiti verib.

Xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Baş Gömrük Mühafizə Xidmətinin "Şimal" gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-cu maddəsinə əsasən gömrük orqanlarından xaric edilib.

Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu və Rəhimov Rəşad İbrahim oğlu barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Ölkəmizdə taksi xidməti əsasən fərdi sahibkarlıq subyektləri üzərində
reklam
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər qrupu Berlində yəhudilərə məxsus 70 mağaza, təşkilat və
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriyanın dövlət başçısı Aleksander Van der Bellen ölkəsində Rusiyaya
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
XİA.az - TƏQDİMAT