Dövlət Komitəsində Almaniyanın Azərbaycandakı səfiri ilə görüş olub

Dövlət Komitəsində Almaniyanın Azərbaycandakı səfiri ilə görüş olub

Noyabrın 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniya Federativ Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Mixael Kindsqrabla görüşüb.
Dövlət Komitəsinin sədri qonaqları səmimiyyətlə salamlayaraq, Azərbaycanla Almaniya arasında əlaqələrin inkişaf etdiyini, Federal Kansler xanım Angela Merkelin bu ilin avqustunda ölkəmizə səfərinin tarixi əhəmiyyət daşıdığını və ikitərəfli əlaqələrə yeni təkan verdiyini qeyd edib.
Almaniyalı diplomatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticəsində 1 milyon 200 min azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü bildirilib, bu humanitar fəlakətin fəsadları və onların aradan qaldırılması üçün dövlətimizin və hökumətimizin gördüyü tədbirlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün məqsədyönlü və davamlı iş aparılır. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə icra edilən Dövlət Proqramı çərçivəsində yeni yaşayış kompleksləri salınır, məcburi köçkünlər layiqli həyat şəraiti ilə təmin olunurlar. Hələ də ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə ilk növbədə köçürülməsi ilə bağlı Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıqlarının icrası davam etdirilir.
Görüşdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) ölkəmizdə məcburi köçkünlərlə bağlı icra etməyə başladığı layihə, həmçinin bu kateqoriyadan olan vətəndaşlarımızın məşğulluğunun genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Xeyli miqdarda aksiz markasız spirtli içki aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Ölkəmizdə taksi xidməti əsasən fərdi sahibkarlıq subyektləri üzərində
reklam
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər provokasiyaya əl atırlar
Neonasistlər qrupu Berlində yəhudilərə məxsus 70 mağaza, təşkilat və
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriya prezidenti casus qalmaqalının tam şəkildə araşdırılmasını tələb edib
Avstriyanın dövlət başçısı Aleksander Van der Bellen ölkəsində Rusiyaya
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöldə iki maşın toqquşdu, ölən var
Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
XİA.az - TƏQDİMAT