Adi siqareti atıb elektron siqaretə keçənlər - Siz də təhlükədəsiniz

Adi siqareti atıb elektron siqaretə keçənlər

Dövrümüzdə elektron siqaretdən istifadə edənləri sayı günü-gündən çoxalır. İnsanlar elə düşünürlər ki, elektron siqaret adi siqaret qədər təhlükəli deyil. Hətta adi siqareti atmaq üçün elektron siqaretə üz tutanlar da var.

Əslində isə bu fikir yalnışdır. Belə ki, həkimlərin fikirlərinə görə, elektron siqaret də ən az siqaret qədər təhlükəlidir və neqativ nəticələrə səbəb ola bilər.

BakuPost xəbər verir ki, Medicina.az elektron siqaretin ziyanlarını araşdırıb:

Siqaret sənayesi illərdir, var və insanların tələbi dəyişdikcə o da inkişaf edir. Ümumilikdə götürüldükdə isə elektron siqaret istehsalçıları da adi siqaret istehsalı ilə eyni sistemdədir. Hər iki halda orqanizm müəyyən miqdarda nikotin qəbul edir və ondan asılı vəziyyətə düşür. Buna görə də elektron siqaret çəkməklə adi siqaret çəkməyin arasında heç bir fərq yoxdur.

Elektron siqaret istehsalçıları və satıcıları bəzi arqumentlər gətirərək bildirirlər ki, elektron siqaret istifadəsi zamanı insan nikotini yandırmadan, onun tüstüsü ilə deyil, təmiz nikotinlə nəfəs alır. Buna baxmayaraq bu da orqanizm üçün çox zərərli hesab edilə bilər. Alkoqol aludəçiləri də asılı olmamışdan əvvəl zəif tərkibli içkilərə üstünlük verirlər. Sonradan daha çox "zövq” üçün dozanı artırmaq tələb olunur.

Elektron siqaret müasir kommersiya məhsuludur. Əlbəttə ki, bu unikal cihazın istehsalçıları daha gözəl dizaynı, kimyəvi tərkibi və reklamı üzərində işləyirlər. Onlar qətiyyətlə bildirirlər ki, istehsal etdikləri məhsul təmamilə təhlükəsizdir. Onlar həmçinin bildirir ki, elektron siqaret asılılıq yaratmır.

Elektron siqaretin tərkibində olan əsas maddə nikotindir. Məhz onun sayəsində də asılılıq yaranır. Nikotin ən tez asılılıq yaradan və tez təsir edən narkotik tərkibli maddədir. Ona öyrəşmək də qısa müddətdə baş verir. Adi siqaretlərdə olduğu kimi elektron siqaretin də tərkibində aslılığı sürətləndirən ammonium var.

Bundan əlavə elektron siqaretin buxarı ilə nəfəs alan zaman diskomfort hissini azaltmaq üçün tərkibinə spirt, qlikol, antiseptik, anestetik kimi bir sıra maddələr də qatılır. Məhz bu maddələrin sayəsində də qıcıqlanma və öskürək kimi bir sıra narahatlıqlar meydana çıxmır.

Lakin bu o demək deyil ki, elektron siqaret sağlamlığa heç bir zərər vermir. Belə ki, adi siqaretdə olduğu kimi elektron siqaret istifadəsi zamanı da bir sıra nəfəs yolu, ağciyər xəstəliklərinə yoluxmaq mümkündür.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT