Zakir Qaralov 24 yaşlı gəncin ölüm işi ilə bağlı QƏRAR VERDİ

Zakir Qaralov 24 yaşlı gəncin ölüm işi ilə bağlı QƏRAR VERDİ

Qolunu arı sancması səbəbindən əməliyyat olunarkən dünyasını dəyişən 24 yaşlı Cavid İmanlının ölüm işi ilə bağlı Baş prokuror Zakir Qaralov qərar verib.

XİA.az Axar.az-a istinadən xəbər verir ki, Cavid İmanlının atası Filman Həsənovu qəbul edən Z.Qaralov cinayət işinin Sabunçu Prokurorluğundan alınaraq, Bakı Prokurorluğuna verilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, ötən ilin 26 noyabr tarixində Sabunçu Məhkəməsində gəncin həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişməsilə bağlı ilk proses keçirilmişdi.

Bakı şəhəri, Sabunçu rayon prokurorunun böyük köməkçisi, I dərəcəli hüquqşünas Turan Qulu oğlu Abasovun 530C-17 nömrəli yoxlama materialı üzrə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 aprel 2018-ci i tarixində verdiyi qərar hakim Fəqan Əhmədov tərəfindən ləğv edilmişdi.

Qeyd edək ki, ötən ilin oktyabr ayında 24 yaşlı Cavid İmanlının qolunu arı sancması nəticəsində o, 3 saylı Kliniki Tibbi Mərkəzin həkimi Tağı Əliyevə müraciət edib. C.İmanlını heç bir analiz olmadan, ailəsinə məlumat vermədən əməliyyata salan həkim gəncə adi palatada, digər xəstələrin yanında narkoz verərək əməliyyat etmək istəyib. Lakin gənc narkoz səbəbindən şok keçirib və dünyasını dəyişib.

İlk gündən işi araşdıran Sabunçu Prokurorluğu baş vermiş faktla bağlı cinayət işi açmaqdan imtina etmişdi.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt
reklam
Yol polisi də hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi
Yol polisi də hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi - DİQQƏT
Rüfət Quliyev: “Sürücülük təcrübəsi 3 ildən az olanlar belə hava
Binəqədi rayonuda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilmişdir
Binəqədi rayonuda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilmişdir
15 Yanvar 2018 – ci il tarixində Binəqədi rayonu ərazisində yerləşən dahi
 
XİA.az - TƏQDİMAT