Bu il 5 rayonda “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək

Bu il 5 rayonda “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək
Bu il Azərbaycanda daha 5 "ASAN xidmət" mərkəzi əhalinin istifadəsinə veriləcək.
XİA.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

Onun sözlərinə görə, cari il ərzində Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı və Balakən rayonlarında "ASAN Xidmət" mərkəzləri istifadəyə veriləcək. Bununla da "ASAN Xidmət" mərkəzlərinin sayı 20-ə çatmış olacaq.
Şöbə müdiri qeyd edib ki, "ASAN xidmət" mərkəzləri olmayan bölgələrdə səyyar “ASAN xidmət" fəaliyyət göstərir.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanına əsasən yaradılıb. Ölkə.Az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Texnika hazır vəziyyətə gətirildi
Texnika hazır vəziyyətə gətirildi - Anar Nəcəfli
Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi proqnoza əsasən
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
reklam
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
 
XİA.az - TƏQDİMAT