Dünya üçün yeni təhlükə: - 30 ildən sonra əhali sürətlə azalacaq...

Dünya üçün yeni təhlükə:

“Dünyada insanların sayının həddən artıq artması ilə yarana biləcək böhran düşünüldüyü qədər də dəhşətli olmaya bilər”.
XİA.az xəbər verir ki, Böyük Britaniyanın “Daily Mail” qəzetinin məqaləsində belə deyilir.

“BMT çoxdandır ki, dünyada əhali sayının Yer kürəsinin ehtiyatlarının kifayət edə bilməyəcəyi həddə yaxınlaşdığı barədə xəbərdarlıq edir. Hazırkı dövrdə planetimizdə 7,7 milyard insan yaşayır. 2035-ci ilə qədər isə bu rəqəm 9 milyarda çatacaq”, - deyə yazıda qeyd olunur.

Buna rəğmən qəzetin verdiyi məlumata əsasən kanadalı ekspert Con İbbiton və politoloq Darrel Briker bu təxminləri səhv hesab etdiklərini bildiriblər. Onlar yazdıqları “Boş planet” (Empty Earth) adlı kitabda Yer kürəsi əhalisinin 30 ildən sonra azalmağa başlayacağını ifadə ediblər.

“Azalma başlayanda onun qarşısını almaq mümkün olmayacaq”, - deyə müəlliflər xəbərdarlıq ediblər.

Hər iki ekspertin fikrincə, BMT-nin proqnozları yalnız doğum, miqrasiya və ölüm əmsallarına əsaslanıb. Lakin burada urbanizasiyanın sürəti və qadınların təhsilinin artması kimi faktorlar nəzərə alınmayıb. Məsələn, Afrikada hazırda bu iki proses birdən baş verir.

“Əgər qadınların təhsilini artırdığı da nəzərə alınsa, o zaman əhalinin sayının 2100-cü ilə qədər artıq 8 milyarda düşəcəyini ehtimal etmək olar”, - deyə kitab müəllifləri qeyd ediblər.

“Daily Mail”də yazılana əsasən, araşdırmaçılar dünyadakı ailə planlaması haqqında detallı şəkildə təsəvvürə malik olmaq üçün 26 ölkəni incələyiblər. Onların gəldiyi qənaətə görə, bir çox insan artıq kiçik ailə qurmağa üstünlük verirlər.

Con İbbiton və Darrel Briker bununla dünyada gənc insanların da sürətlə azalacağını təxmin ediblər.

Musavat.com

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Həbs olunmuş dünya çempionuna atmaca:
Həbs olunmuş dünya çempionuna atmaca: - Orada şeir yazarsan
Arvadını döydüyü üçün həbs edilən budo döyüş idman növü üzrə dünya
Gələn həftə hava kəskin soyuyacaq
Gələn həftə hava kəskin soyuyacaq
Azərbaycanda fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezident İlham Əliyev Milli Məclisin deputatı Siyavuş Novruzovun təltif
reklam
Narkoloji Mərkəzdəki “yanğın işi”:
Narkoloji Mərkəzdəki “yanğın işi”: - İntihar etmək istəyirdimsə, camaatı niyə yandırırdım?
Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla
Venesuelaya qarşı yeni sanksiyalar
Venesuelaya qarşı yeni sanksiyalar
ABŞ Venesuela hökumətinə qarşı yeni sanksiyalar tətbiq edib. Bu haqda ABŞ
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
İsmayıllıda istehsalat müəssisəsində dəfələrlə oğurluq edən dəstə
 
XİA.az - TƏQDİMAT