Azərbaycana dəhşətli soyuqlar gəlir? - Nazirlik

Azərbaycana dəhşətli soyuqlar gəlir?
Paytaxtda və bölgələrdə hava temperaturu ilə bağlı ciddi dəyişiklik gözlənilmir. Lakin bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunacaq.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Rusiyanın Xabarovsk əyalətindəki mənfi 50 dərəcə ilə ölçülən rekord soyuqlara səbəb olan siklonun ölkəmizə daxil olma ehtimalına münasibət bildirərkən deyib. O bildirib ki, bu gün müşahidə olunan küləkli hava şəraiti sabah da davam edəcək:

“Sabah paytaxtda şimal-qərb küləyi güclənəcək. Sonrakı günlərdə isə hava şəraitində ciddi dəyişiklik olmayacaq. Mülayim cənub şərq-küləyi müşahidə olunacaq. Havanın temperaturu fevralın 9-u və 10-da 7-9 dərəcə arasında dəyişəcək. Bölgələrdə isə 8-i axşamdan birinci ongünlüyün sonunadək havanın qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv xarakter olacağı ehtimal olunur”.

Qeyd edək ki, Rusiyanın Xabarovsk əyalətinin Verxnebureinsk rayonunda bu gecə 50 dərəcə, Komsomolsk-Amurda isə 43 dərəcə şaxta qeydə alınıb. Xabarovsk hidrometeoroloji bürosu temperaturun iqlim normasından 10 dərəcəyə qədər aşağı olduğunu və bunun sözügedən əyalət üçün xarakterik olmadığını bildirib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Həbs olunmuş dünya çempionuna atmaca:
Həbs olunmuş dünya çempionuna atmaca: - Orada şeir yazarsan
Arvadını döydüyü üçün həbs edilən budo döyüş idman növü üzrə dünya
Gələn həftə hava kəskin soyuyacaq
Gələn həftə hava kəskin soyuyacaq
Azərbaycanda fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezident İlham Əliyev Milli Məclisin deputatı Siyavuş Novruzovun təltif
reklam
Narkoloji Mərkəzdəki “yanğın işi”:
Narkoloji Mərkəzdəki “yanğın işi”: - İntihar etmək istəyirdimsə, camaatı niyə yandırırdım?
Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla
Venesuelaya qarşı yeni sanksiyalar
Venesuelaya qarşı yeni sanksiyalar
ABŞ Venesuela hökumətinə qarşı yeni sanksiyalar tətbiq edib. Bu haqda ABŞ
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
İsmayıllıda istehsalat müəssisəsində dəfələrlə oğurluq edən dəstə
 
XİA.az - TƏQDİMAT