Gəncədə kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkası keçirilir


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə vətəndaşların ölkəmizin şəhər və qəsəbələrində ərzaq məhsulları yarmarkaları keçirilir.
Gəncədə kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkası keçirilir
APA TV-nin xəbərinə görə, Gəncə şəhərində də ənənəvi olaraq iki gün davam edən kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkası təşkil edilib.

Bu təşəbbüsün əsas məqsədi hər bir ailənin büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır. Yarmarkada Gəncə şəhərindən və ətraf bölgələrdən 30-dan çox müəssisə və şirkətlər, həmçinin fermerlər, sadə kəndlilər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, tərəvəz, meyvə və s. məhsullar təqdim ediblər.

Kənd təsərrüfatı yarmarkasında qiymətlər bazarla müqayisədə 20-30 faiz aşağıdır, həmçinin müvafiq qurumlar tərəfindən bütün məhsulların keyfiyyətinə nəzarət olunur.

Yarmarkada mal ətinin kiloqramı 7 manat, qoyun əti 8 manat, toyuq əti 3 man 50 qəpik, kartofun kiloqramı 70 qəpik, narıngi 90 qəpik, portağal 1 man 50 qəpik olub. Yumurta isə bir ədədi 12 qəpikdən satılıb.
Gəncədə kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkası keçirilir
Şəhər sakinləri də yarmarkanın təşkilindən, həmçinin qiymətlərin sərfəli olmasından razılıqlarını bildiriblər.

Yarmarkada iştirak edən istehsalçı və fermerlər də belə tədbirlərin həm onlar, həm də istehlakçılar üçün sərfəli olduğunu bildirirlər.

Qeyd edək ki, Gəncə şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları mütəmadi olaraq Yeni il və Novruz bayramları qabağı təşkil olunur.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
​İŞİD-dən şok anons: İranı işğal edəcəyik...
​İŞİD-dən şok anons: İranı işğal edəcəyik...
Videoda İŞİD-in 3 nümayəndəsi çıxış edir. Bu şəxslər İrandan yaşayan fars,
Neftçalada balıqçı Kür çayında batdı
Neftçalada balıqçı Kür çayında batdı
Ötən gün axşam saatlarında Neftçalanın 2-ci Mayak kəndinin ərazisində
MTN polkovnikinin cinayət işinə xitam verilib
MTN polkovnikinin cinayət işinə xitam verilib
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin
reklam
Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib
Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib
Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət
 
XİA.az - TƏQDİMAT