Dövlət Bayraq Meydanının sabiq rəisini həbsdə saxlayan ifadə - "MTN İŞİ"ndə yeni detallar

Dövlət Bayraq Meydanının sabiq rəisini həbsdə saxlayan ifadə
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin generallarının və onların əməkdaşlarının cinayət əməlləri nəticəsində həbsdə yatan şəxslərdən biri də Dövlət Bayraq Meydanının sabiq sədri, “Azİmport” şirkətinin təsisçisi Rəşad Məmmədov olub.

XİA.az Qafqazinfoya istinadən xəbər verir ki, R.Məmmədovdan şikayətçi olan və onun məhkəmə prosesində zərərçəkmiş şəxs kimi tanınan “VİB” MMC-nin təsisçisi və rəhbəri Zabil Salmanov “MTN işi”ndə də general Sübahir Qurbanovun zərərçəkmişidir. Maraqlı məqam budur ki, 1 il öncə Z.Salmanovu R.Məmmədovun zərərçəkəni olmağa S.Qurbanov məcbur edib.

Z.Salmanov MTN generallarının cinayət işi üzrə aparılan istintaq zamanı ifadə verərək bildirib ki, İtaliya, Almaniya və Türkiyədən geyim əşyaları gətirərək “Euromoda”, “Ramsey”, “Faiq Sönməz”, “Enjoyment” mağazaları şəbəkələrinə satıb.

Şirkətin ircaçı direktoru Azər Zakirov 2015-ci il martın 1-də Türkiyədə geyim sərgisində iştirak edib qayıtdıqdan sonra MTN-ə aparılıb. Z.Salmanov onu axtarmaq üçün yola çıxıb. H.Cavid prospektində avtomobili saxlayıb telefonla danışarkın “Aurdi Q7” markalı avtomobil qarşısını kəsib və Füzuli Əliyev, Natiq Alıyev, Hacıağa və Zaur Məmmədov ona yaxınlaşıblar. F.Əliyev “narahat olma Azər bizimlədir, gedək çay içib söhbət edək” deyiblər və birlikdə MTN-nin yaxınlığındakı “Sultan” kafesinə gediblər. Orada Z.Salmanov F.Əliyevə “qardaşın Elşənlə dostam” deyib. F.Əliyev isə bu dostluğa görə onu maskalılar vasitəsilə aparmadıqlarını bildirib: “Səni tanıdığımızdan başqa cür hərəkət etmirik, əslində biz bu əməliyyatı maskalı xususi təyinatlıların iştirakı ilə qəfləti keçirilməli idik. MTN-nin rəhbərliyinin tapşığı belə idi”.

Z.Salmnaov bildirib ki, bundan sonra A.Zakirovu ona göstəriblər: “Azər çox qorxmuşdu, ona narahat olmamasını dedim. Füzuli mənə dedi ki, hay-küy salmadan ofisdə axtarış aparılmasına şərait yaradım. Razılaşdım, ofisdən sənədləri, notbukları və kassadan 248.950 avro, 23.000 ABŞ dolları və 20.000 AZN apardılar. Heç birini sənədləşdirmədilər. Məni və işçiləri nazirliyə apardılar, orada şirkətin maliyyə dövriyyəsi ilə bağlı izahat aldılar, sonra isə yenidən “Sultan” kafesinə apardılar. Mənim xahişimlə 1 qadın,2 kişi əməkdaşı buraxdılar. Biz gecəni MTN-nin dəhlizində keçirdik, bir nəfər əməkdaşlarını nəzarətçi qoydular. Gecə qardaşım Rabil mənə zəng edib saxlanılmağımızın qanunsuz olduğunu dedi, dərhal nazirlikdən gəlib artıq-əskik danışmamaq barədə xəbərdarlıq etdilər və telefon danışıqlarını dinlədiklərini anladım. Martın 3-də bizi yenidən kafeyə apardılar. Füzuli mənə dedi ki, rəhbərliyin göstərişi ilə həbs olunmalıyam. Telefonları dinlədiyini dedi. Ona bu işdən başqa bir çıxış yolu olub-olmadığını soruşdum, nazirliyə gedib qayıtdıqdan sonra bir söz deyəcəyini bildirdi. Bir saatdan sonra Füzuli gəlib çox çətinliklə rəhbərliyi 3 milyon manata razı saldığını dedi. Mən bu qədər pulun olmadığını dedim, Füzuli yenidən MTN-ə qayıtdı”.


MTN zabiti qiyməti 3 dəfə endirəndən sonra təkrar kafeyə qayıdıb: “Füzuli 1 milyondan 1 qəpik də aşağı olmayacağını dedi. Pulu verməsəm işçilərimi həbs edəcəklərini və hansısa qadınlarla münasibətdə olduğumu bildiklərini, məni rüsvay edəcəklərini dedilər. Məcbur olub razılaşdım, bundan sonra məni və qalan işçiləri buraxdılar. Martın 4-də Füzuli zəng edib kassadan götürülən pulları manata çevirib ona verməyimi tələb etdi. Füzulinin tanışı Nemət adlı şəxsin işlətdiyi valyuta dəyişmə məntəqəsinə gedib pulları manata çevirdik. Füzuli maşında bizimlə idi, amma yer düşmədi. Nemətə zəng edib pulun məbləğini dedi. Pul 337 min manat etdi, Füzuli qalan 663 mini qısa vaxtda çatdırmağımı, əks halda mağazalarımı bağlayacaqlarını dedi. Bundan sonra da dəfələrlə zəng edib hədə-qorxu gəldi. Məcbur olub “Access Bank”dan 200.000 manat kredit götürdüm, 100.000 manatı metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında Füzulinin “Hyundai Elantra” markalı maşınının baqajına qoydum. Füzuli dedi ki, qalan 563 min manatı MTN-çilər peşə bayramı gününə, yəni 28 marta qədər çatdırım. O vaxta kimi Füzuli neçə dəfə mənə zəng vurdu, pulumun olmadığını, məni niyə həbs etdiklərini, şikayət edəcəyimi dedim. O isə “şikayət etsən, yenə öz başın ağrıyacaq. Bu işdən nazirlərin də xəbəri var” dedi”.

Z.Salmanovun ifadəsində görə general Sübahir Qurbanovun müavini Füzuli Əliyev onun həbsinin sifarişçisinin kim olduğunu açıqlayıb: “May ayının əvvəlində Füzuli məni yenidən “Sultan” kafesinə çağırdı, söhbət əsnasında o mənim həbsimi Əli Əsədovun sifariş verdiyini və onun nazir Eldar Mahmudovla dost olduğunu dedi. Sifarişin səbəbi isə mənim Bakı şəhəri Nizami küçəsi 44 saylı ünvanda yerləşən sahəsi 266 kvadrat metr olan ticarət obyektini «Azimport» MMC-yə satmaqdan imtina etməyim olub. Mən bunla bağlı həmin şirkətin rəhbəri Azər Əsgərovla görüşdüm, o, mənim həbsimdə maraqlı olmadıqlarını dedi”.

Bir müddət sonra MTN zabiti F.Əliyev Z.Salmanova “Azimport” şirkətinə qarşı şikayət ərizəsi yazmağı təklif edib: “Mən həmin şirkətlə aramızda narazılıq olmasına baxmayaraq, bundan imtina etdim. Bunun ardınca məni MTN-ə dəvət etdi, getdim. Orada general Sübahir Qurbanov xidməti otağında məni qəbul edib “Sən Rəşad və Azər barəsində şikayət ərizəsi yazmalısan. Əks halda sən ya tələb olunan məbləği çatdırmalısan, ya da həbs olunacaqsan, bütün əmlakın əlindən alınacaq, mağazalarınız bağlanacaq, yazıq olacaqsan, bütün həyatın məhv ediləcək” dedi.

Mən yenə təkliflə razılaşmadım. Sübahir Qurbanov məni otaqdan çıxarıb nazir Eldar Mahmudovla danışacağını dedi. Natiq Alıyev məni öz otağına aparıb “həyatın məhv olacaq” dedi. Həmin gün məni bir neçə dəfə Sübahir Qurbanovun otağına aparsalar da, razılaşmadım. Axırda o, “bunu podvala salın ağlı başına gəlsin” deyərək kiməsə zəng edib bütün mağazalarımın bağlanması haqqında göstəriş verdi. MTN əməkdaşları məni aparanda general da hədələyirdi, “podval”a çatmamış fikrimi dəyişdim, “Azimport”un əleyhinə yazılmış ərizəyə imza atdım. Bundan sonra Sübahir Qurbanov mənə “artıq sənin bizə heç bir borcun yoxdur. Heç kim səndən pul vəsaiti tələb edə bilməz” dedi. Mən “Azimport” şirkəti tərəfindən mənə 600.000 manat pulun və H.Cavid prospektində yerləşən sahəsi 100 kvadrat metr olan obyektin tikilib verilməli olduğunu qeyd etdim. Şirkət 600.000 manat pulu mənə versə də, obyekti tikib təhvil vermədilər”.

Qeyd edək ki, S.Qurbanov Z.Salmanovdan ifadəni 2015-ci il mayın əvvəlində alıb. Dövlət Bayraq Meydanının sabiq rəisi Rəşad Məmmədov isə həmin il mayın 4-də vəzifəsindən çıxarılıb və mayın 14-də həbs edilib. R.Məmmədov 2016-cı il mayın 20-də, MTN ləğv edildikdən sonra məhkəmə zalından azadlığa buraxılıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dünya gözəli seçilən iranlı aktrisalar
Dünya gözəli seçilən iranlı aktrisalar
45 yaşlı Niki Kərimi siyahıda 14-ci yeri tutub. Onun həmyerlisi 33 yaşlı
Moskvada Qarabağ danışıqlarının gizli
Moskvada Qarabağ danışıqlarının gizli - Detalları
Bu sözləri politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə,
Ermənistan boşalır:
Ermənistan boşalır: - Ölkə əhalisi 13 min nəfər azaldı
2017-ci ilin yanvar-mart aylarında ölkədə yeni doğulan körpələrin sayı
reklam
Ermənilərin dünən atdığı OSA raketi nə qədər təhlükəlidir?
Ermənilərin dünən atdığı OSA raketi nə qədər təhlükəlidir?
Dünən axşam saatlarında Ermənistan müdafiə bölmələri tərəfindən cəbhənin
Ermənistanda ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olunub
Ermənistanda ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olunub
Ermənistan MTX-nın bundan əvvəl yaydığı məlumatda bildirirdi ki, üç özəl
Dünya birjalarında neft bahalaşıb
Dünya birjalarında neft bahalaşıb
XİA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən
 
XİA.az - TƏQDİMAT