10 yaşlı Nuraydan SON XƏBƏR - Xalası danışdı

10 yaşlı Nuraydan SON XƏBƏR
"Uşaq psixoloji sarsıntı keçirib, evə zəng gəldi, qapı döyüldü Nuray qorxur."

XİA.az xəbər verir ki, bunu istipress-ə 10 yaşlı Nuray Bayramzadənin xalası Mehriban xanım deyib.

"Məktəbə tək getməyə qorxur. Dərsdə onunla bir partada otururam. Hər bir şeydən qorxur. Atası tərəfindən bizə təzyiqlər dayanmayıb. Bu boyda biabırçılıqdan sonra bizi yenə yanvarın doqquzu Bakıda baş idarəyə çağırıblar, Nurəddin müəllimin yanına".

Uşağın xalası bildirib ki, məhkəmə otağından süründürülərək çıxarıldıqdan sonra Nuray atasından qaça bilib. “Atası onu zorla əlimdən alandan sonra Nuray çöldə əlindən qurtulub qaça bilib. Daha sonra polisə şikayət edib. Bizi süründürüb oralarda. Amma Allaha şükür olsun ki, uşaq bizdə qalıb".

Xalasının sözlərinə görə, Nurayı atası ilk dəfə məhkəmədə görüb. "10 ildə bir dəfə olsun qızını axtarmayıb. O, qızının yetimlik müavinətini almaq üçün bu qədər özündən çıxır. Onun gözü təxminən 200 manatdadır".

Mehriban xanım qeyd edib ki, Nurayın anası 2009-cu ildə xərçəng xəstəliyindən dünyasını dəyişib. Anasının ölümündən 1 il əvvəl isə cütlük rəsmən boşanıb.

Qeyd edək ki, sosial şəbəkədə yayılan ürək parçalayan video 2016-cı ilin dekabrın 7-də lentə alınıb.Ölkə.Az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib
Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib - EKSKLÜZİV
"Pul siyasətinin sərtləşdirilməsi siyasətinə artıq başlanıb və bu siyasət
“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tədbirdə 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi və birliyi
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 Yanvar - Ümumxalq Hüzn Günü
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi
reklam
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (VİDEO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (VİDEO)
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar nazirlik tərəfindən 20 Yanvar
İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb
“Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre Bakıda birinci
İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub
İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə
 
XİA.az - TƏQDİMAT