İsmayıllıda zəlzələ oldu

IMG_8199

Fevralın 12-də İsmayıllı seysmoloji stansiyasından 17 kilometr şimal-qərbdə – İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

xia.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ saat 17:54-də, 3,2 bal gücündə, yerin 18 km dərinliyində olub.

Yeraltı təkanlar hiss edilməyib.