“Ayıq sürücü” başqasına məxsus avtomobillə qəza törədib

IMG_8632

Bakıda, Zığ şosesində “ayıq sürücü” başqasına məxsus avtomobillə qəza törədib.

xia.az xəbər verir ki, hadisə paytaxt sakini Ramal Məmmədovun başına gəlib.

“Qəza ilə bağlı polisə məlumat verməyə ehtiyac yoxdur” deyən “ayıq sürücü” xidməti göstərən “Fex” şirkəti isə dəymiş ziyanı tam ödəmiyib.

Zərərçəkmişin sözlərinə görə, həmin şəxs “Fex” ayıq sürücü şirkəti ilə əməkdaşlıq etsə də, sonradan oranın rəsmi işçisi olmadığını öyrənib.

Ramal Məmmədov iddia edir ki, avtomobilinin qısa müddətdə təmir olunaraq ona təhvil veriləcəyi bildirilib, lakin buna əməl edilməyib.

İddialarla bağlı “Fex” ayıq sürücü şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Amma dəfələrlə zəng etməyimizə, vatsap vasitəsilə suallar ünvanlamağımıza baxmayaraq, münasibət bildirilmədi. (Xəzər TV)