vKFCA8NAQrDP73a4F9Bw9fEDmQgdvT9dHd7nG4IY_1200

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən binalardan birində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.