Məşhur restoran ofisiantlara 21 milyon dollar ödəyəcək

SD0qFQp7qsjk69gvpLAjFseZ7XBWCjYuZKnbdX7u_1200

ABŞ-nin federal məhkəməsi “Perry’s Steakhouse & Grille” restoranlar şəbəkəsinin 700-dən çox keçmiş və hazırkı ofisiantına 21 milyon dollardan artıq vəsait ödəməsi barədə qərar qəbul edib.

Xia.az  xəbər verir ki, bu barədə “Complex” nəşri məlumat yayıb.

Aparılan araşdırmalar nəticəsində şirkətin bəxşişlərin (çaypulu) bölüşdürülməsi üçün qeyri-qanuni sistemdən istifadə etdiyi məlum olub. Məhkəmə prosesi müəssisələrin Texas ştatında 2019-2022-ci illər ərzindəki fəaliyyətini əhatə edib.

Məhkəmə sənədlərinə əsasən, saatda təxminən 2.13 dollar minimum maaş və bəxşişlə işləyən ofisiantlar hər həftə qazandıqları bəxşişin təxminən 25 faizini ümumi fonda verməyə məcbur ediliblər. Daha sonra yığılan bu məbləğ digər işçilər, o cümlədən müştərilərlə birbaşa təmasda olmayan personal arasında bölüşdürülüb ki, bu da əmək qanunvericiliyinin tələblərinə ziddir.

Məhkəmə instansiyası vurğulayıb ki, sözügedən şirkət əvvəllər də “Ədalətli Əmək Standartları Aktı” (FLSA) ilə bağlı analoji şikayətlərlə üzləşib. Restoran şəbəkəsinin nümayəndələri isə çıxarılan qərarla razılaşmadıqlarını və apellyasiya şikayəti verəcəklərini bildiriblər.